Azərbaycanda təhlükəli virus

15.01.2015 - 11:31

Xəstəliyin əleyhinə istifadə olunan vaksinlər ölkəmizə gətirilib

Yanvarın 14-də Türkiyə istehsalı olan nodulyar dermatit adlı virus
xəstəliyi əleyhinə istifadə olunan vaksinlər ölkəmizə gətirilib. Kənd Təsərrüfatı Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə,
2014-cü ilin yay və payız aylarında ölkəmizin 35 rayonunda nodulyar
dermatit adlı virus mənşəli xəstəlik müşahidə olunmuş və 6040 baş heyvan
bu xəstəliyə yoluxmuşdu. Onlardan 5781 başı tam sağalmış, 259 başı isə
yanaşı gedən xəstəliklərin təsirindən tələf olmuşdu.

Bütün yay və payız ayları ərzində Dövlət Baytarlıq Nəzarəti Xidməti
gücləndirilmiş iş rejimində çalışmaqla, bütün bölgələrdə ilkin baytarlıq
yardımı göstərmişdi.

Xəstəlik ilk dəfə ölkəmizdə qeydə alındığında onun vaksinin olmadığı
üçün Türkiyə dövləti ilə müqavilə bağlanılmış və xəstəliyin ştammına
uyğun vaksin istehsalına start verilmişdi. Bu vaksinlər 12 milyon doza miqdarında olmaqla artıq 8 milyon doza
ölkəmizə gətirilmiş və soyuducusu olan anbara təhvil verilmişdi.
Vaksinlər hələlik anbarda saxlanılacaq və Kənd Təsərrüfatı Nazirliyinin
bölgüsünə əsasən profilaktiki məqsədlə fevralın 15-dən sonra xəstəlik
qeydə alınmış bölgələrə paylanılacaq və heyvanlar arasında peyvəndləməyə
start veriləcək.

Xəstəlik qeydə alınmış rayonlarla dağlıq və dağətəyi bölgələr arasında bufer zonanın yaradılması nəzərdə tutulur. Nazirlikdən bildirilib ki, ölkəmizdə xəstəliklə əlaqədar vəziyyət
sabitdir, yeni xəstə heyvanlar qeydə alınmayıb və epizootik vəziyyət tam
nəzarət altındadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=15356

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728