Azərbaycan pulları Rusiya iqtisadiyyatına axır

15.01.2015 - 11:36

Şimal qonşumuzun əmlak bazarına ölkəmizdən sərmayə qoyuluşu manatın mövqeyini zəiflədə bilər

2014-cü ilin dekabrında Bakıda satışa çıxarılan qeyri-yaşayış
obyektlərinin sayı əvvəlki ayla müqayisədə 10 faiz artıb. “MBA
Consulting Group” şirkətinin məlumatına görə, dekabrda satışa çıxarılan obyektlərin sayı 206 ədəd olub. Noyabrda isə bu rəqəm 187 ədəd təşkil edib. Bundan başqa, dekabrda kommersiya obyektləri bazarında 113 əqd bağlanıb. Bu, noyabrda olduğundan 2,6 faiz azdır.

Bəzi məlumatlara görə, əmlak bazarında belə vəziyyətin yaranması
Rusiyada baş verən proseslərlə bağlıdır. Qeyd edək ki, rublun böhranı
nəticəsində Rusiyada daşınmaz əmlakın qiyməti aşağı düşüb. Bu isə
Azərbaycanda Rusiyada əmlak bazarına diqqəti artırıb. Bəzi məlumatlara
görə, Azərbaycandan xeyli iş adamı buradakı obyektlərindən bəzilərini
sataraq Rusiyada daşınmaz əmlaka sərmayə qoymağa başlayıb.

Ekspertlər hesab edir ki, bu Azərbaycan üçün təhlükəli tendensiyadır.
“Azərbaycandan Rusiyanın əmlak bazarına sərmayə qoyuluşu ölkədən şimal
qonşumuza dollar axını deməkdir. Bu proses sürətlənərsə Azərbaycanda
dollar defisiti yarana bilər ki, bu da manatın mövqeləri zəifləməsini
şərtləndirəcək. Artıq bu təhlükəni Mərkəzi Bank da etiraf etməyə
başlayıb. Mərkəzin Bankın manatın psixiloji təsirlərə məruz qalması
barədə açıqlamasının kökündə bu məsələ də dayanır. Təkcə Rusiyanın əmlak
bazarında deyil, texniki avadanlıq, avtomobil satışında da ucuzlaşma
var. Bu da Azərbaycandakı iş adamlarının diqqətindən qaçmır və ölkədən
Rusiyaya texniki avadanlıq və avtomobil almağa gedənlər də var”, – deyə
ekspertlər bildirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15357

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728