Lənkəran televiziyasında rüsvayçı qalmaqal
görə, CTV rəhbəri Gülbəniz Mayılova Feysbuk sosial şəbəkəsində onların
fəaliyyətini tənqid edən statuslar yazan keçmiş işçiləri ilə çəkişir. Telekanal
rəhbərliyi 5 sabiq əməkdaşını – Astara rayon sakini Elçin Şahverdiyev,
Lənkəran şəhər sakini Əli Teymurov, Aynur Əhmədov, Valeh Dadaşov və
Rəşad Yusubovu məhkəməyə verərək şərəf və ləyaqətinin alçaldıldığını
iddia edir. Artıq yanvarın 13-də Lənkəran Rayon Məhkəməsində hazırlıq
iclası keçirilib.
rəhbərliyi ilə əlaqə saxladıq. Televiziyanın rəhbəri Gübəniz Mayılova
yuxarıda adıçəkilən şəxslərin sosial şəbəkələrdə onun ünvanına nalayiq
ifadələr işlətdiyini çatdırdı: “19
dekabr saat 18:55-də televiziyanın mənim rəhbərliyim dövründə
çalışmayan keçmiş işçisi Əli Teymurov Feysbukda status yazıb və onun
yazdığı statusa mənim rəhbər işlədiyim dövrdə işdən azad olunan adamlar
rəy yazaraq ünvanıma çox təhqiramiz ifadələr işlədib. 2011-ci il iyulun
18-də mən direktor təyin olundum və sentyabrın 1-i E.Şahverdiyevi işdən
azad etdim. Yəni bu insanlar televiziyaya yaramırdı. Onun statusuna
yazılan rəylər ağlasığan şeylər deyil. Görün bu adam nə yazıb: “Bu
qadın rəhbər təyin olunan kimi işçi qızlardan qısa ətək geyinib efirə
çixmağı tələb edir. Bu insanın əxlaqında ciddi problemlər var. Ona
çılpaqlıq lazım idi. Bu “yaşlı bakirə” qadın belə edəcək, elə edəcək. Nə
etdi bəs?! Zırt da edə bilmədi. Məni sevdiyim verilişimdən ayırdı”.
rəhbəri bu statusdan sonra televiziyada çalışan xəbər şefi İsmayıl
Cəfərli, aparıcı Əhməd Səmədov və başqalarının sosial şəbəkədə onlara
cavab verdiyini bildirdi və ünvanına yazılmış başqa təhqir saydığı
fikirləri sadaladı: “Daha sonra, heç mənim
rəhbərliyim altında çalışmayan biri yazır ki, “Müdirin qapısında
“sukalar” növbəyə dayanır”. Bu, birinci çıxış deyildi. Düz bir il
yarımdır ki, bu adamlar ya qrup şəklində, ya da tək-tək sosial
şəbəkələrdə belə ifadələr işlədirlər.
verdiyim daha bir adam isə veb redaktor olub. Bütün günü bu adamda
qrammatik səhvlər tuturdum. Buna görə də mənimlə tez-tez mübahisə
edirdi. İş saatında nə vaxt axtarırdım, tapılmırdı. Bununçün də onu
işdən çıxartdım”.
məhkəməyə verilən keçmiş işçiləri isə deyilən sözlərlə
razılaşmadıqlarını, haqsız yerə işdən çıxarıldıqlarını və böhtana
uğradıqlarını bildiriblər: “Biz heç kimi təhqir
etməmişik. “İdarəçilik çox zəifdir” sözü nə vaxtdan təhqir olub?
Televiziyda çalışarkən gördüyümüz haqsızlığı dilə gətirmişik. Ümid
edirik ki, məhkəmə ədalətli qərar çıxaracaq” (axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15358