Gürcüstan Bakı ilə Moskva arasında bölünür

15.01.2015 - 12:18

“Gürcüstan Cənubu Qafqaz, Rusiya və Avropa İttifaqı arasında enerji
mərkəzi yaratmaq istəyir”.

 

Bu açıqlama ilə Gürcüstan Neft və Qaz üzrə Beynəlxaql
Korporasiyasının eks-rəhbəri Georgi Çanturiya çıxış edib.

 

O, bu layihənin əsas icraçılarından biri olduğunu bildirib:

 

“Əsas industrial mərkəzin
Supsa şəhərində tikilməsi sentyabrda nəzərdə tutulub. Layihənin həcmi təxminən
17 milyard dollar təşkil edir. Onu Avropa İttifaqı ölkələri ilə bərabər Rusiya
da maliyyələşdirəcək. Layihə çərçivəsində Abxaziyadan keçməklə Novorossiyskdən
Supsaya kəmər tikiləcək. Bu isə öz növbəsində Rusiya neft kəmərinin
Bakı-Tiflis-Ceyhan kəmərinin qoşulmasına imkan yaradacaq. Bunun üçün
“Rosneft” özünün Qafqazda fəaliyyətini genişləndirmək istəyir”.

 

Gürcüstanın rəsmi dairələri Çanturiyanın açıqlamasını təsdiqləməyiblər.
Hakim partiyanın nümayəndəsi olan Georgi Volski hökumətin enerji mərkəzinin
yaradılması ilə bağlı məsələyə baxmadığını deyib. Həmçinin o, Çanturiyanın bu
məsələlər barədə Tiflis meri uğrunda seçkilərə qoşulduqdan sonra danışmağa
başladığı haqqında informasiyaya sahib olduğunu deyib.

 

Xatırladaq ki, bundan öncə Rusiyanın “Rosneft” şirkəti Xəzər neftini Qara
dənizə daşıyan “Petrocas” şirkətinin 49% səhmini almışdı. Bəzi ekspertlər
Çanturiyanın bu informasiyasının reallaşacağı təqdirdə Rusiya ilə Azərbaycan
arasında Gürcüstanın energetikasının bölünəcəyini bildirmişdilər.

 

Onu da vurğulayaq ki, Şevardnadze dövründə kifayət qədər önəmli fiqur olan
Çanturiya Saakaşvili hakimiyyətə gəldikdən sonra 2004-cü ildə vəzifəsindən
uzaqlaşdırılıb. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrinin həyata
keçirilməsində mühüm rol oynayan Çanturiya sonradan Azərbaycana gəlib.

 

Bəzi iddialara görə, Canturiya 2004-cü ildən 2010-cu ilə qədər SOCAR
prezidentinin məsləhətçisi vəzifəsini icra edib, amma bu xəbər rəsmən
təsdiqlənməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=15360

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728