ABŞ və İran rəsmiləri arasında 8 saatlıq Cenevrə danışıqları

15.01.2015 - 15:40

 

Bazar günü keçiriləcək XİN rəhbərləri səviyyəsində görüşdən qabaq ABŞ və İran xarici işlər nazirləri uzun müzakirələr aparıblar

Yanvarın 14-də İsveçrənin Cenevrə şəhərində İranın nüvə proqramı
ilə bağlı ABŞ və İran nümayəndələri arasında növbəti görüş keçirilib.
Görüşdə İran tərəfdən xarici işlər naziri Cavad Zərifin, ABŞ tərəfdən
isə dövlət katibi Con Kerrinin rəhbərlik etdiyi nümayəndə heyətləri
iştirak ediblər.

Qeyd edək ki, İranın nüvə məsələsi ilə bağlı yekun razılaşmanın
imzalanması noyabra planlaşdırılsa da, həmin vaxt keçirilən iki mühüm
görüş nəticəsiz bitmişdi. Bu həftə sonu bazar günü isə “altılıq”
ölkələrinin təmsilçiləri ilə İran heyəti arasında ümumi toplantı
gözlənilir. 

Çərşənbə axşamı Cenevrədə C. Kerri və C. Zərif arasında danışıqlar
xeyli vaxt davam edib. Zərif və Kerri 3 dəfə ümumi olaraq 8 saata yaxın
danışıqlar aparıblar. İran xarici işlər nazirinin müavini Abbas Əraqçi
danışıqlardan sonra verdiyi açıqlamada Cenevrə görüşünü “çox şəffaf və
ciddi danışıqlar” adlandırıb. Eyni zamanda o bildirib ki, tam razılığın
əldə olunması iş çətindir. Ancaq eyni zamanda əlavə edib ki, tərəflər
razılığın əldə olunmasında maraqlıdırlar. 

A. Əraqçi bildirib ki, Cenevrədə çeşidli mövzularda müzakirələr
aparılıb. Sanksiyaların ləğvi, İranın nüvə proqramının davam
etdirilməsi, həmçinin bunun tərkib hissəsi olaraq uranın
zənginləşdirilməsi, nüvə obyektlərinə nəzarət, Ərak su anbarı və digər
məsələlər müzakirə olunub.  

Cenevrə görüşündən sonra İran XİN rəhbəri Almaniyaya gedib, həftə
sonuna qədər onun Almaniya, Belçika, Fransa və Aİ rəhbərləri ilə
görüşləri nəzərdə tutulub. Yanvarın 18-də isə xarici işlər nazirləri
səviyyəsində “altılıq” ölkələri və İran arasında daha bir görüş
keçiriləcək.

Cenevrədə keçirilən 8 saatlıq görüşdən qalan maraqlı fotolardan
biri də danışıqlar arasında keçirilən fasilə zamanı nazirlərin Cenevrə
küçələrində gəzintiyə çıxması olub. Fotolardan da görünür ki, bir neçə
il əvvələ qədər müharibə vəziyyətində olan ölkənin baş diplomatları çox
səmimi söhbət edirlər.(musavat.com)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15363

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930