İslam Kərimov yenidən prezidentliyə namizəd oldu
Özbəkistanın hazırkı prezidenti İslam Kərimov yenidən dövlət başçısı vəzifəsinə namizəd olub.
RİA
Novosti-nin verdiyi məlumata görə, Özbəkistan Liberal Demokrat
Partiyasının yanvarın 14-də keçirilən qurultayında 76 yaşlı prezidentin
növbəti seçkilərdə namizədliyi irəli sürülüb. O, qarşıdan gələn
seçkilərdə adı açıqlanan ilk namizəddir.
Bundan
əvvəl İ.Kərimovun ehtimal olunan varisləri kimi baş nazirin müavini
Rüstəm Əzimovun və Özbəkistan kəşfiyyatının rəhbəri Rüstəm İnoyatovun
adı hallanırdı. Bu il martın 29-na təyin olunan prezident seçkiləri
kampaniyası ötən il dekabrın 26-da başlayıb. Seçkilərdə yaşı ən azı 30
olan və son 10 ildə ölkə ərazisində yaşamış Özbəkistan vətəndaşları öz
namizədliklərini irəli sürə bilərlər.
Eyni
şəxs 2 dəfədən artıq prezident vəzifəsini tuta bilməz. İslam Kərimov
ölkəyə 1989-cu ildən rəhbərlik edir (1989-1991-ci illərdə Özbəkistan SSR
KP MK-nın birinci katibi), prezident olaraq isə 1991-ci ildə seçilib.
Dörd il sonra onun səlahiyyətləri 2000-ci ilə qədər uzadılıb, 2000-ci
ildə ikinci müddətə prezident seçilib.
Son
seçkilər isə 2007-ci ildə 7 il müddətinə olmaqla keçirilib.
Konstitusiyaya müxtəlif vaxtlarda prezidentlik müddəti ilə bağlı edilmiş
iki dəyişiklikdən sonra İ.Kərimovun “hesabı sıfırlanıb”.(APA)
Short URL: http://www.cumhuriyyet.net/?p=15364