Ermənilər Putini Azərbaycanca söydü
Ermənistanın pavtaxtı İrəvanda böyük bir dəstə prezident Serj Sərkisyanın iqamətgahını mühasirəyə alıb. Virtualaz.org-un “Novosti Armenii”-yə istinadən
məlumatına görə, aksiyanın təşkilatçılarından David Manukyan bildirib
ki, məqsəd Gümrüdəki mitinqlə həmrəy olduqlarını göstərməkdir. O
bildirib ki, onlar da gümrülülərin qatil əsgərin mühakimə olunması üçün
Ermənistana verilməsi tələbini dəstəkləyirlər.
Xatırladaq ki, Rusiyanın Gümrüdəki hərbi bazasının əsgəri Valeri
Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü
qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu
Ermənistan – Rusiya sərhədində yerləşən Bayandur kəndində Rusiya
sərhədçiləri tutub.
Lakin o, Ermənistan tərəfinə verilməyib. Rusiya hüquq-mühafizə
orqanlarının nümayəndələri bildiriblər ki, ölkə qanunlarına görə
V.Primakovu özləri mühakimə etməlidirlər.
Bu dəqiqələrdə Rusiyanın Ermənistandakı səfirliyi qarşısında da yüzlərlə adam etiraz aksiyası keçirir. Onlar da tələb edirlər ki, erməni ailəsini qətlə yetirən Rusiya əsgəri mühakimə olunmaq üçün Ermənistana verilsin. Aksiya iştirakçıları Rusiya və prezident Putin əleyhinə şüarlar və
təhqiramiz ifadələr səsləndirirlər. Ən maraqlısı odur ki, ermənilər ən
qatı söyüşləri Azərbaycan dilində səsləndirirlər. Məsələn, onlar az qala
xorla qışqırırlar: “Putin – s…С‚ir!”.
Məlumata gərə, polisin aksiyanı dağıtmaq cəhdi hələlik nəticə verməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15369