Nazir Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxladı

15.01.2015 - 18:24

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının vəziyyətini yoxlayıb.
Musavat.com
Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, yeni tədris ilinin
başlanması ilə əlaqədar keçirilən yoxlamalar zamanı qoşunların yüksək
döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin
gücləndirilməsi, mühüm dövlət və hərbi obyektlərin, eyni zamanda qoşun
qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi məqsədilə hava
hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq
etdirilib.
Hərbi Hava Qüvvələrinin döyüş
texnikasına, vasitə və qurğularına baxış keçirən müdafiə naziri şəxsi
heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirərək qoşun
komandanlıqları qarşısında müvafiq vəzifələr qoyub.

Short URL: http://www.cumhuriyyet.net/?p=15371

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728