Ermənistanda istefa tələbləri səslənir
Ermənistanda
rus əsgəri Valeri Permyakovun bir ailənin 6 üzvünü güllələməsindən
sonra etiraz aksiyaları davam edir. Musavat.com-un erməni qaynaqlarına
istinadən verdiyi xəbərə görə, aksiyaçıların əsas tələbi qatilin Rusiya
deyil, Ermənistan ərazisində mühakimə edilməsidir.
rəhbərliyindən, həm də konkret olaraq baş prokuror Gevork Kosyanyandan
ilk növbədə siyasi iradə gözləyirlər. Gümrüdəki nümayişçilərdən biri
bildirib ki, əgər baş prokurorun ailənin öldürülməsi işini kimin
araşdıracağı ilə bağlı sula cavabı yoxdursa, o zaman aşağı düşüb bu
barədə bəyan eləməlidir.“
yoxdursa – bizim hüquqşünaslar kömək edər, əgər ruslarla necə lazımdır
danışmağa cürəti çatmırsa – kömək edərik. Onun iki yolu var – ya
yanımıza gəlməlidir, ya da istefaya getməlidir”, – deyə narazıların
ovqatını ifadə edən etirazçı vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15373