Daha bir Azərbaycanlı məmur vurulur
istintaq orqanları Dərbənd şəhər administrasiyasının torpaq və əmlak
məsələləri idarəsinin rəisi Kamil Seyidovun fəaliyyəti ilə maraqlanır.
görə, Seyidov istintaq tərəfindən dindirilib və ehtimal olunur ki, onun
ifadəsinin alınması Dərbəndin yubileyinə hazırlıqlarla bağlıdır.
bəzi mənbələr deyir ki, yüksək vəzifə tutmasına baxmayaraq Kamil
Seyidov Dərbəndin keçmiş meri Qurban Qurbanovun vəzifədən
uzaqlaşdırılmasından sonra faktiki olaraq işlərdən kənarlaşdırılmışdı və
bütün məsələləri indiki mer İmam Yarəliyevin yaxın qohumu həll edirdi.
ki, uzun illərdir Dərbənd meri olan Qurban Qurbanov ötən il
vəzifəsindən uzaqlaşdırılıb, daha sonra həbs edilib və bir müddətdən
sonra ev dustaqlığına buraxılıb. Qurbanovun vəzifədən
uzaqlaşdırılmasından sonra Dərbənddə gərginlik hökm sürür.
da Q.Qurbanova yaxın adam hesab edilir. Onun istintaqa cəlb edilməsi
azərbaycanlıların dövlət vəzifələrindən təmizlənməsi kampaniyasının bir
hissəsi hesab oluna bilər.
Dərbənddə böyük Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinə qarşı
vandalizm aktı törədilib. Həmçinin azərbaycanlıların müqəddəs
ziyarətgahı dağıdılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15374