“Qazaxıstan qənaət rejiminə keçir” – Nazarbayev

15.01.2015 - 21:12

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin sosial-iqtisadi inkişaf məsələlərinə həsr olunmuş müşavirə keçirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, N. Nazarbayev
büdcə xərclərinin azaldılacağını istisna etməyib və hökumətə böhran sona
çatana qədər qənaət rejiminə keçməyi tapşırıb:

“Böhranın əlamətləri ölkəmizin ixrac mallarının, xüsusən
neftin qiymətinin azalması ilə özünü göstərdi. Büdcəyə vəsait daxil
olmasını təmin edən qara və əlvan metallurgiya məhsullarının qiymətləri
də aşağı düşüb. Bundan başqa, Ukraynada yaranmış vəziyyət və bununla
əlaqədar Rusiyaya tətbiq olunmuş sanksiyalar, Rusiya rublunun durumu da
bizə mənfi təsir göstərir. Bu səbəblə biz vəziyyəti izləməli və müvafiq
tədbirlər görməliyik”.

N. Nazarbayev hesab edir ki, hökumət büdcənin bir sıra parametrlərinə yenidən baxmalıdır: “Biz
artıq büdcəyə bir dəfə dəyişiklik etmişik, ehtiyac yaranarsa, bir daha
etməliyik. Əhaliyə dəqiq izah etmək lazımdır ki, biz hər şeydə qənaətə
başlamışıq. Biz müstəqillik illərində 700-dən çox məktəb, bir o qədər də
xəstəxana inşa etmişik. Hazırda həyata keçirilən tikintiləri başa
çatdırmalı və bir sıra investisiya-tikinti layihələri də daxil olmaqla
yeni obyektlərin tikintisini isə dayandırmalıyıq. Bu iş böhranın başa
çatmasından sonra davam etdiriləcək”.

N. Nazarbayev vəsaitlərin qeyri-rasional istifadəsini istisna etməyin zəruriliyini vurğulayıb: “Ünvanlı
sosial yardım, çoxuşaqlı və aztəminatlı ailələr üçün müavinətlər
imkanlı insanlara şamil edilməməlidir. Əsas vəzifə ondan ibarətdir ki,
sadə insanlar böhran təzahürlərindən əziyyət çəkməsinlər. Dövlət sağmal
inək deyil”.

Bununla yanaşı, N. Nazarbayev bəyan edib ki, Qazaxıstan bu mürəkkəb tendensiyaları aşmaq üçün lazımi ehtiyatlara malikdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15379

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728