Saatlı-İmişli rayonlarında əlil “reablitasiya”sı: 34 saylı TSEK-də milyonluq əməliyyat
34 saylı İmişli, Saatlı rayonlarını əhatə edənTibbi Sosial Ekspert Komissiyasında (TSEK) reablitasiya adı altında ixtisarlar aparılır. Xəstə insanların əlillik
qruplarından kənarlaşdırılması pis bir şəkildə baş verir. 34 saylı TSEK-in
xanım sədri göstərişin nazirlikdən gəldiyini bildirir, məsuliyyəti boynundan
atır. Yaranmış vəziyyətdən isə öz çıxarları daxilində yararlanır və bunu göydən
düşmə fürsət kimi dəyərləndirir. Hardasa bu onun özünə belə iqtisadi mənfəət gətirir.
Çünki, ötən ildən stolunun üstündə 200-ə yaxın əlillik təyin edə bilmədiyi,
amma buna cəhd etdiyi işlər qalıb.
34 saylı TSEK-də baş verələrlə bağlı
cumhuriyyet.az-a daxil olan məlumata görə sözügedən qurumun sədri Ərkinaz Məmmədovanın
“reablitasiya” oyunun qurbanları özündən əvvəlki sədrlərin vaxtını əhatə edir. Bir
sözlə, belə fikir yaranır ki, zamanında əlillik qrupuna sahiblənmiş şəxslər xəstə
olmayıb, keçmiş komissiya sədrləri tərəfindən onlara əlillik qrupu təyin
olunub. Amma Ərkinaz Məmmədovanın dövrünü əhatə edən axırıncı bir ildə əlillik
qrupu təyin olunmuş şəxslər hamısı xəstədir və onlara reablitasiya tətbiq oluna
bilməz. Vallah biabırçılıq, görünməmiş ədalətsizlikdir. İmişli və Saatlı əhalisi
bilir ki, Ərkinaz Məmmədova 34 saylı TSEK-ə rəhbərlik etdikdən sonra 2-ci qrup əlillik
almaq üçün qiymət 1500-2000 manatdan 3500-4000 manata qədər qaldırıldı. 3-cü
qrup əlillik təyin olunan şəxslərdən əvvəllər 500-1000 manat aralığında “şirinlik”
alınırdısa, Ərkinaz Məmmədova bu məbləği 1500-2000 manata qaldırdı. Rayondan
olan mənbəmizin sözlərinə görə, ona bu işdə makler, dəllal İlqar və Ərkinaz
xanımın həyat yoldaşı kömək edir. Çünki, ilkin komissiyadan keçmək üçün makler
İlqar və Ərkinaz xanımın həyat yoldaşını görmədən, onların istədikləri məbləği
vermədən xəstənin sənədləri sədr xanımın qarşısına gedə bilməz, xəstə onunla
görüşə bilməz. Belə olan halda xanım sədrə sual verilməzmi ki, necə olur rüşvətin həcmi qalxanda insanlar xəstə,
aşağı olanda xəstə olmur?!..
Bu nə yanaşmadır ki, rayonlarda insanlara tətbiq
olunur və insanlar ölkə rəhbərliyindən məqsədli şəkildə narazı salınır? Adına
da dövlət vəsaitinə qənaət olunması deyilir. Əslində ağıllı insanlar bilir ki, Ərkinaz
Məmmədova bunu edirsə, öz çıxarları üçün edir. Burdan xəstələri “reablitasiya”
edir, digər tərəfdən ilkin xəstələr makler İlqar, Ərkinaz xanımın həyat yoldaşı
ilə görüşdükdən sonra onlara əlillik qrupu təyin olunur. Hansı ağıllı insan xəstə
ola-ola 3500 manat pul verib özünə əlillik qrupu alar? Əgər 3500 manat verilirsə,
demək həmin adamlar xəstə deyil və mənfəət güdürlər, dolanırlar, onlardan da məqsədli
şəkildə istifadə olunur. Yəni, onlar əvvəl 3500 manat verirlər, təkrar
komissiyaya gəldikdə isə Ərkinaz xanımın onlara deməyə sözü olur və 100-150 manatını
alır. Bununla da külli miqdar vəsait mənimsənilir. Budurmu dövlət vəsaitinə qənaət
etmək? Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə İmişli və Saatlı rayonları
üzrə 300 xəstə ixtisara düşərsə, sonradan onların yerinə 3500 manat alınıb qrup
təyin olunarsa, 1 milyon manat vəsait əldə edilmiş olar. Digər tərəfdən, il ərzində
İmişli və Saatlı rayonlarını əhatə edən 34 saylıTSEK-ə müraciət edən təkrar xəstələrin
sayı 8 minə yaxındır. Elə bunlardan da 1 milyon manata yaxın vəsait toplanır. Milyona
milyon TSEK prinsipi… Qəpik-quruş dövrü arxada qaldı…
Amma vəziyyət fərqlidir. Ərkinaz Məmmədova bir məsələni
nəzərindən qaçırır. Narazılıq pik həddə çatdıqda təbii ki, Səlim Müslümov məsuliyyəti
boynundan ataraq onu işdən çıxaracaq. Çünki, əlilliyə görə aldığı müavinət ancaq
çörəyə, suya, çaya, qəndə çatan insanlar Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin
qabağına gəlib haqlarını tələb edəcəklər.
Short URL: http://www.cumhuriyyet.net/?p=15380