Qəribə prezidentlər…

15.01.2015 - 23:32

17 dəfə dəfn olunanı da var, sərxoş olub alt paltarında taksi gözləyəni də

17 dəfə dəfn olunanı da var, sərxoş olub alt paltarında taksi gözləyəni də

 
Tarix boyu ölkəni idarə edən hökmdarlar öz qeyri-adi, bəzən də
gülməli hərəkət və sözləri ilə yadda qalıblar. Analitik.az bu haqda
maraqlı məlumatları sizə təqdim edir. 
290 nəfəri öldürüb, üzr istəməyən prezident
3 iyul 1988-ci ilədə Amerikaya məxsus raket kreyseri “Vincennes”
iranın sərnişin təyyarəsi Airbusu vurub. Təyyarə o zaman İranın ərazi
sularında Fars körfəzi üzərində uçurdu. Təyyarədə olan 290 nəfər həlak
olub. ABŞ hökuməti isə bəyan edib ki, kreyserin heyəti səhvən
sərnişin təyyarəsini hərbi qırıcı təyyarə kimi müəyyən edib. Bu
insidentə görə heç bir qurum üzr istəmədi. O zamanlar keçmiş
vitse-prezident və prezident vəzifəsinə namizədliyini irəli sürən Corc
Buş, seçicilərlə görüşlərdə dəfələrlə demişdi: “Bu fakta baxmayaraq, mən Amerika Birləşmiş Ştatları adından heç vaxt üzr istəməyəcəyəm “.
Rrezidentin Santa-Klausları 150 nəfəri necə güllələdi?

Afrikanın ən mənfur diktatorlardan biri Fransisko Masias Niqema
1968-cu ildən 1979-ci ilədək Ekvatorial Qvineyada ölkəni idarə edib.
Ökə əhalisinin təxminən dörddə biri onun əli ilə  törədilmiş terror
nəticəsində qətlə yetirilib. Öüm hökmləri həmişə çox maraqlı və mənasız
məsələlər üzündən olub. Belə ki, Niqemanın 150 opponenti
1975-ci ilin Milad Bayramında Santa Klaus kostyumları geyinmiş əsgərlər
tərəfindən güllələnib. Qətl Meri Xopkinin “Those Were the Days”
melodiyasının sədaları altında icra edilib.

Avraam Linkolnun saqqalı
1860-ci ildə Linkolnun ABŞ prezidenti seçilməyinə bir neçə həftə
qalmış o, 11 yaşlı Qreys Badell adlı qızdan tarixli məktub alıb. O
bildirib ki, onu hərarətlə dəstəkləyir, ona görə də bütün doğma
və tanışlarını səsverməyə təşviq edəcək, eləcə də ona  bakenbardlarını
böyütməyi təkidlə məsləhət görüb. Linkolnun o vaxt arıq və təmiz
qırxılmış hamar üzü vardı, lakin qızın fikrincə bütün
xanımlar bakenbardlı kişiləri sevir və belə edərsə, ərlərini mütləq
ona səs verməyə inandıracaqlar. Linkoln bu məktuba heç bir söz
vermədən cavab verdi, tezliklə saqqalını buraxdı. Prezident
seçildikdən sonra o, ölkə üzrə səfər edərək, Qreysin yaşadığı
şəhərcikdə də olub, camaat arasından balaca qızcığazı taparaq öpüb və
bildirib ki, öz mötəbər saqqallına görə  ona borcludur.
Dövlət tədbirlərində yatanlara mükafat
Ata Corc Buşun prezidentliyi dövründə onun milli təhlükəsizlik üzrə
müşaviri Hərbi Hava Qüvvələrinin general-leytenantı Brent Skoukroft
idi. Onun qəribə adəti vardı: dövlət müşavirələrində tez-tez yuxuya
gedirdi. Bunu görən Buş,  Skoukroft adına xüsusi mükafat təsis edir. Bu
mükafatla prezident ilə görüş zamanı yatanlar təltif olunurmuş, özü də
həmin mükafata namizədlər üç göstəriciyə görə: yuxunun davamlılığı,
dərinliyi və xorultusunun mövcudluğu ilə qiymətləndirilirdi.
Eyni gündə ölən prezidentlər

ABŞ -nın ikinci və üçüncü prezidentləri Con Adams və Tomas
Cefferson, ABŞ istiqlal Bəyannaməsini imzalayan, həm də bu
deklorasiyanının yaradıcılarından sayılırlar. Taleyin qəribə təsadüfü
üzundən, hər ikisi bir gündə 4 iyul 1826-cu ildə, Bəyannamənin
imzalanmasının 50-ci ildönümünündə ölüb.

Küçədə taksi axtaran Yeltsin
Boris Yeltsin 1995-ci ildə Bill Klintonla görüşmək üçün
 Vaşinqtona rəsmi səfərə gəlib. Klintonun avtobioqrafik kitabındakı
məlumata görə, ABŞ Məxfi xidmətinin işçisi  gecə saatlarında
Pensilvaniya-Avenyu iqamətgahının kənarında alt paltarında sərxoş
Yeltsini görüb. Məlum olub ki, prezident pizza almaq üçün taksi axtarırmış.
17 dəfə dəfn edilən prezident
ABŞ prezidenti Avraam Linkolnun ölümündən sonra ya təhlükəsizlik
səbəbindən, ya da qəbrin yenidən qurulmasına görə 17 dəfə dəfn olunub. Bu zaman 6 dəfə onun tabutu açılıb. Yalnız 1901-ci ildə, ölümündən 36 il sonra Linkolnun cəsədi tam sakitlik tapıb.
Qaydaları pozan prezident
1998-ci ildə Filippində dəqiqlik Milli həftəsi keçirilib. Bu
həftənin vəzifəsi filippinliləri işgüzar görüşlər və digər tədbirlərə
vaxtında gəlməyə öyrəşdirmək idi. Lakin ölkə prezidenti Fidel Ramos həftənin açılış mərasiminə bir saat gecikir. 
Öməmişdən əvvəl nekroloqları dərc edilən məşhurlar 

CNN saytında 2003-ci il aprelin 16-də texniki səhv üzündən bir
sıra tanınmış adamlar üçün əvvəlcədən hazırlanmış nekroloqlar açıq
olaraq dərc edilib: Dika Çeyni, Ronald Reyqan, Fidel Kastro, İoann
Pavel II, Nelson Mandelanın və digərlərinin nekroloqları.

“Xoşbəxt uşaqlıq”
Məşhur “Stalin yoldaş, bizim xoşbəxt uşaqlığa görə sağ olun”
plakatındakı Stalinin dizinin üstündə oturan Qel Markizovanın atası
güllələnib, anası isə özü ilə birlikdə sürgünə göndərilib. Bundan sonra
həmin şəkil üzrə düzəldilmiş heykəllərdə “Qel və Stalin” yazısı
“Stalin və Məmləkət” ilə dəyişdirilib, guya ki, bu qız əslində pioner
Məmləkət Naxanqovadı.

Kleopatranın ölüm axtarışı

İntihara hazırlaşan Kleopatra, məhkumlar üzərində sınaq keçirib: hansı zəhər maksimum tez və ağrısız ölüm gətirir.
Prezidentin milçəköldürəni 
1827-ci ildə Əlcəzairin hökmdarı ödənilməmiş borclara bağlı
qızğın diskussiyalar zamanı Рјilçəköldürənlə Fransa səfirini vurub. Bu, 3 il sonra fransızlar tərəfindən Əlcazairə müdaxilə və sonrakı yüz ildən artıq işğal üçün bəhanə və səbəb olub.
1 aprel “zarafatı”

1947-ci il aprelin 1-də yunan kralı II Georq vəfat edib. Öüm
barədə qəzetlərdə məlumat dərc olunanda, çoxları güman etdi ki, bu,
bir zarafatdır. (analitik.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=15383

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930