Bakı kəndlərində etiraz dalğası

rayonlarının rəhbərliyinin yarıtmaz fəaliyyəti dövlət və xalq arasında
inamsızlıq yaradır və bu kimi məmur özbaşınalığının ictimai gərginliyə
səbəb olur
də aktualdır. Bakı kəndləri əhalisinin rifahı tarixən bağçılıq,
bostancılıq və əkinçiliyə əsaslanıb. 80-ci illərdən sonra kəndlərdə
sakinlər ənənəvi məşğuliyyətlərini itiriblər”. Bu fikirlər “Bakı Dirçəliş” İctimai Birliyinin
Bakıətrafı, xüsusilə qəsəbə tipli paytaxt rayonlarının sosial
problemlərinə həsr olunmuş geniş yığıncaqda səslənib. Qeyd olunub ki,
xüsusən də insanların maldarlıq məşğuliyyətinə açıq şəkildə qadağalar
qoyulub: “Maldarlığın sıradan çıxmasının əsl
səbəbi örüş yerlərinin müəyyən şəxslər tərəfindən nəzarətə
götürülməsidir. Ənənəvi sahələrdən olan balıqçılıqla məşğul olmağın da
qarşısı alındı. Xəzərboyu zolaq, qayalar, zərrin qumlar da vəzifə
sahiblərinin şəxsi mülkünə çevrilib”. Diqqətə çatdırılıb ki, kəndlərdə
əhaliyə məxsus olan torpaq fondlarının qanunsuz şəkildə talanması və
özəlləşdirilməsi vəziyyəti bu istiqamətdə tamamilə çətinləşdirib.
Buzovna, Nardaran, Mərdəkan, Şüvəlan, Zirə, Binə, Keşlə, Bülbülə və
Əmircanda bütün torpaq fondları bəzi məmurlar tərəfindən satılıb.
Maştağa, Buzovna və Mərdəkanın isə torpaq fondları yoxdur. Bu isə yerli
əhalinin məişət və təsərrüfat həyatına ciddi şəkildə mənfi təsirini
göstərir. Bu gün torpaqların kütləvi şəkildə zəbt olunması, xüsusilə,
Abşeron rayon rəhbərliyinin torpaqları özünün şəxsi mülkiyyəti kimi
hərraca çıxarması bütün Bakı ətrafı kəndlərdə torpaqsızlıq problemi
yaradıb. Bu isə gənclər arasında işsizliyə və tüfeyli həyat tərzinə
səbəb olur, nəticədə heç bir ixtisası, sənəti və işi olmayan neqativ
düşüncəli gənclərin sayı çoxalır, narkomaniyaya meyllilik artır. Belə
vəziyyətdən bəzi düşmən qüvvələr istifadə etməyə çalışır, gənclərin
müxtəlif dini oriyentatsiyalara cəlb edir, onlardan Azərbaycan
dövlətçiliyi əleyhinə istifadə etməyə çalışırlar. Bəzi rayonların,
əsasən, Pirallahı, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi və Abşeron
rayonlarının rəhbərliyinin yarıtmaz fəaliyyəti dövlət və xalq arasında
inamsızlıq yaradır və bu kimi məmur özbaşınalığının ictimai gərginliyə
səbəb olması qeyd olunub. Sahibkarlara və fiziki şəxslərə verilmiş icarə
torpaqlarında müəyyən işlər görüldükdən və vəsait yatırıldıqdan sonra
həmin torpaqların müxtəlif bəhanələrlə əllərindən alınması faktları
mövcuddur və təhlil olunması tələb olunur. Artıq Bakı kəndlərinin
problemləri ictimai bəlaya çevrilib. Dəniz sahillərində torpaqları
özbaşına xüsusiləşdirən şəxslər insanların yolunu kəsməklə, rahatlığı
pozmaqla böyük narazlıqlar yaradırlar. Bunun qarşısı alınmalıdır. “Bakı
Dirçəliş” İB tərəfindən kəndlərdəki vəziyyəti öyrənib təhlil etmək
məqsədilə komissiya yaradılması nəzərdə tutulur. Komissiyaların
qarşısında Abşeronun ekoloji vəziyyəti, hektarlarla badam, zeytun
bağlarının məhv edilməsi, mişar daşı istehsa edildikdən sonra daş
karxanalarının torpaqlarının rekultivasiya edilməməsi və s. neqativ
halların öyrənilməsi və təhlil edilməsi mühüm məsələ kimi durur. “Rəhbər
orqanların diqqətini çatışmazlıqlara yönəltmək məqsədilə dinc kütləvi
tədbirlər keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə və Abşeron rayon
icra hakimiyyətlərinə müvafiq yerlər ayrılması üçün müraciət edilsin.
Adı çəkilən icra orqanları tərəfindən müvafiq tədbirlər görülməzsə əldə
olunan faktların ölkə başçısına və müvafiq hökümət orqanlarına
göndərilməsi təmin edilsin” – deyə QHT-nin tələbində qeyd olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=15384