Fazil Mustafa erməni-fars dəyirmanına necə su tökdü?

16.01.2015 - 00:12

Millət vəkili Fazil Mustafanın “Tarixdə Azərbaycan dövləti olmayıb” fikri Azərbaycanda olduğu kimi, Ermənistanda da böyük rezonans doğurub. Əllərinə fürsət düşən erməni mediası millət vəkilinin gündəm yaradan sözlərini dünəndən etibarən anti-təbliğat kimi tirajlayır.Erməni mediası Azərbaycan əleyhinə anti-təbliğat yazılarında millət vəkilinin əsasən bu fikirlərinə yer verib: “Tarixdə Azərbaycan adlı dövlət olmayıb. Mənim bildiyim fakt budur ki, Azərbaycan adında ilk dövlət 1918-ci ildə yaranıb. Bugünkü Azərbaycan da həmin dövlətin varisidir. Əksini iddia edən, etiraz edən varsa, nümunə gətirib bizləri inandırsın. Dünəndən bəri izləyirəm, bircə dənə də olsun tutarlı əks-arqumentə rast gəlmədim. Biz xalqımıza gerçəyi söyləməliyik”.
Millət vəkilinin Azərbaycan adının 1918-ci ildən rəsmiləşdirilməsi fikrinə bu aspektdən yanaşılarsa, qeyd etmək lazımdır ki, indiki adı İran, Türkiyə, Rusiya və s. olan böyük dövlətlərin də adı tarixən fərqli olub və Rusiya – Kiyev-Rus Knyazlığı, Almaniya – Prussiya Krallığı, Türkiyə – Osmanlı imperiyası olaraq adlanıb.Ancaq təəssüf ki, Fazil Mustafanın kontekstdən çıxardığı bu məntiqdən haqlı olaraq sui-istifadə edilir. Çünki millət vəkili özü fikrini sona qədər açıqlamamaqla bilərəkdən, ya bilməyərəkdən yağıya fürsət vermiş oldu.
Xatırladaq ki, F.Mustafanın bu fikri İran mediasında da böyük həvəslə tirajlanır.(axar.az)

Fazil Mustafa erməni-fars dəyirmanına necə su tökdü?

Short URL: http://www.cumhuriyyet.net/?p=15386

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728