İmişlidə qaz fırıldağı: əhalinin qazı kəsilib biznesmenlərə verilir

16.01.2015 - 01:04

İmişli Qaz İstismar İdarəsi son bir ayda yaşayış evlərinin sayğaclarına əlavə reduktorlar qoşur. Avropa.info-nun
 bölgə müxbirinin  verdiyi məlumata görə, idarənin işçiləri reduktorun
təhlükəsizlik səbəbindən qoşulduğunu deyir.

“Reduktorlar
qoşulandan bütün evlərdə qazın təzyiqi kəsgin şəkildə azalıb. Hətta
gecələr o dərəcədə azalır ki, qaz tez-tez tamam kəsilir. Halbu ki, çörək
sexlərinə və digər biznes  müəssisələrinə bu reduktorlar qoşulmayıb.
Buna etiraz edən vətəndaşlar isə qazın tamailə verilməyəci ilə
hədələnir.” 
Məlumata
görə, İmişli Qaz İstismar İfarəsinin işçilərinin özbaşınalığı bununla
bitmir. Bu günlərdə Həzi Aslanov küçəsində apardıqları təmir işlərindən
 sonra, asvalt örtüyü tamailə bərbad hala düşüb . Həmin küçənin
sakinləridə İcra Hakimiyyətinə şikayət verdikdən sonra asvaltın yenidən
təmir olunacaqına icra  başçısının müavini Səlim Səlimzadə söz
vermişdi. Hətta İcra Hakimiyyəti də Qaz İstismar İdarəsini özbaşınalıqda
suçlamışdı.”

Short URL: http://www.cumhuriyyet.net/?p=15391

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728