Türkiyə Azərbaycanda hərbi baza qurub? – TRT-dən ŞOK XƏBƏR…

10.09.2020 - 11:13

Türkiyənin Azərbaycanda hərbi bazası vamı? “Yoxdur” və ya “hələ yoxdur”deyəcəksiniz. Ancaq Türkiyənin “TRT World” televiziyasının rəsmi saytında yayımlanan xəbərdə belə bir cümlə işlədilib: “Azərbaycanda hərbi bazası olan rəsmi Ankara tarixən İrəvana qarşı Bakı ilə müttəfiq olub”.
Sözgedən xəbərin linki: https://www.trtworld.com/magazine/why-russia-supports-armenia-against-azerbaijan-in-the-caucasus-conflict-38321
Məsələ ilə bağlı politoloq Tofiq Zülfüqarov Redaktor.az-a bildirib ki, əsas diqqət yetirməli məqam iki ölkə arasındakı münasibətdir, hərbi bazanın olub-olmaması deyil: “Hesab edirəm ki, indiki zamanda hansısa hərbi bazanın olub-olmaması o qədər də vacib deyil. Silahların imkanları o qədər böyükdür ki, hərbi bazanın olmamağı əsas məsələ deyil. Bizim ictimaiyyətdə bu mövzuya fərqli yanaşılır. Cəmiyyət hərbi bazanın olmasına sanki ən əsas məsələymiş kimi yanaşır”.
Politoloq qeyd edib ki, ən çox əməkdaşlığın səviyyəsi vacib məsələdir: “İki ölkə arasında strateji əməkdaşlıq haqqında qol çəkilmiş sənədə uyğun olaraq, Türkiyə bizim yanımızdadır. Hesab edirəm ki, buna görə də, ərazidə hərbi bazanın olması heç vacib də deyil. Çünki hərbi baza əməkdaşlığın bu və ya digər səviyyəsində olan məsələdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153957

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930