Tovuz Dövlət Sosial-İqtisadi Kollecində imtahan bazarı

16.01.2015 - 00:32

Direktor Rizvan Qənbərovun qoyduğu “nırx”: Davamiyyətə görə 400 manat, imtahanlara görə isə 600 manat ver

Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər
Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun
bazasında yaradılıb. Kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu,
vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu
torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır.
Cumhuriyyet.az mediaxeberleri.az-a istinadən xəbər verir ki, başıbəlalı orta
ixtisas təhsil müəssisələrindən biri də Tovuz Rayon Sosial-İqtisad
Kollecidir. Talıb Süleymanovdan sonra Rizvan Qəmbərovun kollecə gəlişi
heç nəyi dəyişmədi, olanını da bərbad vəziyyətə çatdırdı. Şəraitsiz
binada təhsil alan tələbələrin yarısından çoxu heç dərsə gəlmir.
Metodiki vəsait və göstərişlərdən uzaq olan kollec ən zəif orta məktəb
səviyyəsində də deyil. Qrup jurnalları və qrup rəhbərinə məxsus
jurnallar qaralamalarla işlənməklə qiymət sarıdan saxtakarlığa yol
verilmişdir. Müəllimlərin mövzu-təqvim planı dərs hissə müdiri
tərəfindən imza atılmadan sinfə aparılıb-gətirilir. Tələbələrin imtahan
zamanı biletlərdəki suallara yarıtmaz cavablar verilməyinə baxmayaraq,
onlar yüksək balla qiymətləndirilmişlər. Kollecdə rüşvət əsas meyara
çevrilib. Necə deyərlər, yığhayığdır. Burada xeyri olmasaydı Rizvan
Qəmbərov Bakıdan isti yerini soyuq edib Tovuza gəlməzdi…
Mənbə bildirir ki, kollecdə kurs işləri və təcrübə sənədləri açıqca pula
satılır. Həmin sənədlər ildən – ilə təkrarlanır ki, bu da sırf
saxtakarlıqdır. Kollecin əyani şöbə müdiri Akif müəllim İbrahimov
direktorun pul yığanıdır. Bu günə kimi qrup jurnalında nöqsanlara yol
verən bir müəllimə də “gözün üstə qaşın var” sözünü deməyib. Bu da onun
təcrübəsizliyindən və savad dərəcəsinin aşağı olmasından irəli gəlir.
Kollecdə əmək intizamı hədsiz dərəcədə zəifdir. Axırıncı pedaqoji
şuranın nə vaxt keçirildiyi gün təmiz unudulub. Kollecdə Rizvan Qəmbərov
yalnız gününü sayır. Onun təşkilatsızlığı bunları deməyə imkan verir. Yaxın günlərdə Kollecin direktor müavini Dəmir Hüseynovun hansı
tələbədən nə qədər pul almasını dəqiqləşdirib ictimaiyyətə çatdıracağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=15396

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728