İŞİD-dən şiələrə sərt mesaj

16.01.2015 - 02:34

“Xristianlar və yəhudilər “İslam dövləti”ndə rahat yaşaya
bilərlər,amma dünyadakı heç bir
şiənin yaşamaq haqqı yoxdur və onlar mütləq öldürüləcək”

 
“Çoxsaylı İŞİD döyüşçüsü Avropaya hücuma hazırdır, sadəcə, Qərbə həmlə əmrini gözləyirik” -bu sözləri İngiltərənin “Tayms”
(“The Times”) qəzetinə açıqlama verən 19 yaşlı İŞİD üzvü deyib. Böyük
Britaniyada təhsil alan və bir müddət öncə Suriyaya “İslam dövləti”
terror təşkilatının sıralarında döyüşməyə gedən gənc terrorçu, Almaniya
vətəndaşı Kristian Emde “gün gələcək, Avropa uğrunda vuruşacağıq” deyə
bəyan edib.
O, həmvətənlərinə “İslam dövləti”nin hücumuna hazır olmağı da məsləhət görüb. Kristian
Emde deyib ki, xristianlar və yəhudilər “İslam dövləti”ndə rahat yaşaya
bilərlər, bir şərtlə ki, can vergini ödəsinlər: “Amma dünyadakı heç bir
şiənin yaşamaq haqqı yoxdur və onlar mütləq öldürüləcək”.
Dünyada
150 milyondan artıq şiənin yaşadığını xatırladanda isə İŞİD terrorçusu
deyib: “150, ya 500 milyon, heç bir fərq etməz, hamısını öldürəcəyik”. Xatırladaq ki, MKİ-nin son məlumatına görə, hazırda İŞİD sıralarında 30 min terrorçu birləşib.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=15397

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728