Sutka ərzində atəşkəs rejimi 51 dəfə pozulub

16.01.2015 - 11:40

Azərbaycan
Müdafiə Nazirliyi (MN) bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində
sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulub.

Musavat.com-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi
məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının
İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu
ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində
yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Hacıalılı kəndlərində
yerləşən mövqelərimizi atəşə tutub. 
Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam
rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Kəngərli, Cəvahirli, Mərzili,
Novruzlu, Şirvanlı, Sarıcalı, Baş Qərvənd, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli,
Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı
Qüvvələrinin mövqeləri atəşə tutulub. 
Düşmən cavab atəşi ilə susdurulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=15400

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728