Ermənipərəst rus politoloq ermənilərə minnət qoydu

16.01.2015 - 11:45

“Ermənilər unutmamalıdırlar ki, əgər Rusiya olmasaydı, onları öz qonşularından heç kim qorumazdı”.
 Axar.az xəbər verir ki, bu açıqlama ilə “Reqnum” informasiya
agentliyinin baş redaktoru, daima Kremlə və ermənilərə yaxınlığı ilə
seçilən Modest Kolerov çıxış edib.
 
O, Ermənistanda Rusiyaya qarşı olan mitinqlərə sadəcə tarixi xatırlatmaqla cavab verib:
“18-ci əsrdəki böyük rus döyüşçüləri ilə məmurları sayəsində onlar
artıq dövlət və paytaxta sahibdirlər. Onlar Suriya çöllərində
yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə doldurub bükə bilməzdilər. Belə
ki, orada nə üzümü, nə də qiyməni bilirdilər. Bunun əvəzində isə çörək
bişirmək üçün yanacaq kimi istifadə edilə bilinəcək dəvə peyini bol idi.
Deputat Jirinovski havayı yerdən ermənilərə deməmişdi ki, rus qazı
ermənilərin xoşuna gəlmirsə, qoy onda gedib peyin yandırsınlar. 70-ci
illərdə ermənilər İrəvanın tarixindən müsəlman keçmişini silmək üçün
Sərdar sarayını dağıtdılar. Bir xalqın tarixini ədəbiyyat nümunələri
müəyyən edir, amma ermənilərdə bu sadəcə olaraq yoxdur. Öz mətbəxlərini
isə tamamilə türk və azərbaycanlılardan götürərək, hətta adlarını
dəyişməyərək lülə-kabab, basdırma, bozbaş, dolma, kabab, düşbərə, piti
kimi eyni saxlayıblar. Tarixi sənədlərdən göründüyü kimi, İrəvanın
sadəcə 500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə
Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının
mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və
əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara
itməsindən tarixçilər indiyə qədər baş çıxara bilmir. Onlar 19-cu əsrdə
meydana çıxan Xaçatur Abovyana qədər heç bir yazıçıya sahib deyildilər.
Yüzillər ərzində xalqı idarə edənlər onun başına soxurlar ki, biz ən
qədim və ağıllıyıq, amma özləri Ermənistandan qaçaraq sərhədlərini
ruslardan qorumağı xahiş edirlər.
Rusiyada əlyazmalar yanmır. Bunu ermənilərə daima xatırlatmaq lazımdır ki, dünyanı özlərinə güldürməsinlər”. 

Short URL: http://www.cumhuriyyet.net/?p=15401

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031