Neft hasilatı 1986-cı ildən bəri ən yüksək səviyyədə
(EİA) verilən məlumata görə,dekabrda ABŞ-da neft hasilatı 1986-cı ildən
sonra ən maksimum səviyyəyə çataraq 9.15 milyon barel təşkil edib.
İdarə proqnozlaşdırır ki,cari ildə ölkədə neft hasilatı gündə 9.3
milyon barel təşkil edəcək. 2016-cı il üçün isə proqnoz gündə 9.5 milyon
bareldir. ABŞ-da neft hasilatının maksimum səviyyəsi 1970-ci ildə qeydə
alınıb – gündə 9.6 milyon barel.
Cari ildə EİA-nın qiymətləndirməsinə əsasən Brent markalı neftin bir
barelinin orta qiyməti $57,58 olacaq. WTİ markalı neftin bir barelinin
qiyməti isə 2015-ci ildə $54,58 təşkil edəcək.
EİA proqnozlaşdırır ki,Brent markalı neftin bir barelin dəyəri
2016-cı ildə $75 çatacaq. WTİ markalı neftin bir barelinin qiyməti isə
$71 olacaq. /”caspianbarrel”
Short URL: http://www.cumhuriyyet.net/?p=15403