Bakıda işdən qovulan neftçi məhkəmədə şirkətə qalib gəldi
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari
Qəhrəmanlı qanunsuz olaraq işdən azad olunan neftçinin məhkəmə yolu ilə
işə bərpa olunduğunu açıqlayıb.
M.Qəhərmanlının Lent.az-a verdiyi məlumata görə, mülki iş üzrə
iddiaçı Həsənov Məhəmməd Gülağa oğlunun “Binəqədi Oil Company” şirkətinə
qarşı “Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab
edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi
barədə” iddiası Bakı şəhər Binəqədi Rayon Məhkəməsində baxılıb və iddia
təmin edilib. Lakin şirkət qərarla razılaşmayıb və apelyasiya şikayəti
verib.
Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını
qüvvədə saxlayıb. Növbəti mərhələdə Ali Məhkəmə də işçinin lehinə qəbul
edilmiş qərarı qüvvədə saxlayıb. M.Qəhərəmanlı bildirib ki, Həsənov
Məhəmməd Gülağa oğlunun hüquqlarını Neftçilərin Hüquqlarını Müdafiə
Təşkilatının hüquqşünası Azər Quliyev müdafiə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15405