Azərbaycanlı İŞİD üzvü həbsxanadan danışdı: “Peşman deyiləm…”

17.01.2015 - 00:31

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq
müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik
Nazirliyinin istintaq təcridxanasında baxış keçiriblər. Bu barədə komitə sədri Elçin Behbudov məlumat verib. O bildirib ki, istintaq təcridxanasında saxlanılan Daxili İşlər
Nazirliyinin sabiq baş əməliyyat müvəkkil Hacı Məmmədovla maraqlanıb:
“Hacı Məmmədov əvvəllər heç kimlə görüşmək istəmirdi, ailəsindən azuqə
almırdı. Amma o, son günlər fikrini dəyişib, artıq ailəsindən azuqə
almağa başlayıb. Hacı Məmmədov saxlanma şəratindən narazı deyil”.

Komitə sədri deyib ki, istintaq təcridxanasında saxlanılan daha beş
şəxslə görüşüb. Onun sözlərinə görə, görüşdüyü təqsirləndirilən
şəxslərdən biri Elşən Mustafayevdir: “Elşən Mustafayev 16 dekabr 2014-cü
ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs
edilib və o, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə
ittiham edilir. Elşən Mustafayev ilahiyyətçidir və Qafqaz Müsəlmanları
İdarəsinin sektor müdiri işləyib. O, saxlanma şəraitindən narazı deyil,
ancaq ittiham üzrə özünü təqsirli bilmir”. 

E.Behbudov Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham olunan və bu
təcridxanada saxlanılan Kamran Əzizovla görüşdüyünü də qeyd edib. Onun
sözlərinə görə, Kamran Əzizov İraq Şam İslam Dövləti (İŞİD) terror
təşkilatının üzvü olub və həmin qruplaşmanın tərkibində döyüşmək üçün
Suriyaya gedib: “Kamran Əzizov həmin təşkilata qoşulmağına görə, özünü
təqsirli bilmir və bunu özünün şəxsi işi olduğunu qeyd edib”.

Qeyd edək ki, Kamran Əzizov bir çox azərbaycanlıları Suriyaya aparmaqda təqsirli bilinir. Komitə sədrinin sözlərinə görə, saxlanma təcridxanasında digər
təqsirləndirilən Vidadi Səfərovla görüşüb: “Vidadi Səfərov Cinayət
Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və
düşmənçiliyin salınması) maddəsi ilə ittiham olunaraq 2014-cü ilin
dekabrın 29-da həbs olunub. Vidadi Səfərov İraq Şam İslam Dövləti terror
təşkilatının tərkibinə qoşulub. O, ittiham üzrə özünü təqsirli bilir,
bu terror təşkilatına qoşulduğuna görə peşman olduğunu deyib. Vidadi
Səfərov ifadəsində təşkilatın tərkibində döyüşlərdə iştirak etmədiyini,
lakin təlimlərə qatıldığını bildirib”.

E.Behbudov Qaraçuxur qəsəbəsində yerləşən məcidi yandırmaqda ittiham
olunaraq həbs olunan Elnur Ələkbərov və Namiq Nəsibovla görüşdüyünü də
dilə gətirib: “Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 214-cü
(terrorçuluq) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham
edilir. Onlar İŞİD üzvlərinə və vəhabilərə qarşı nifrət etdiklərini
bildirdilər. Onlar qeyd etdilər ki, həmin məscidə vəhabilər və İŞİD
üzvləri yığışır. Bu səbəbdən də nifrət hisslərini cilovlaya bilməyiblər
və həmin məscidi yandırıblar. Hər iki təqsirləndirilən şəxs
törətdikləeri əməldən peşman olmadıqlarını bildiriblər”.

E.Behbudov görüşdüyü təqsirləndirilən şəxslərin saxlanma şəraitindən
narazı olmadıqlarını vurğulayıb: “Onlara qarşı nəzarətçilərin
hərəkətləri ilə maraqlandıq. Bundan da narazı olan yoxdur. Onlara hər
gün 3 dəfə yemək verilir, onlar havaya çıxarılır. Saxlanma şəraitindən
heç bir narazılıq etmirlər”. (teleqraf.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=15411

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728