В«Qüdrət Həsənquliyevin üzərindən bulduzer kimi keçəcəmВ»

17.01.2015 - 01:14

Vidadi İsgəndərli: В«Korrupsiya İdarəsinə
etdiyim müraciətimdə onun bahalı maşınlarından tutmuş, villaları,
evləri və obyektlərinə qədər hər şeyi əks etdirmişəmВ»

Xəbər verdiyimiz kimi, dünən hüquq müafiəçisi, Demokratiyanın
Müdafiəsinə Dəstək İctimai Birliyinin rəhbəri Vidadi İsgəndərli deputat,
BAXCP sədri Qüdrət Həsənquliyevdən Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinə müraciət edib. V.İsgəndərli bununla bağlı müraciətini artıq Daxili İşlər
Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə və adıkeçən dövlət qurumuna
təqdim edib. Mübariz İsgəndərli adlı şəxsin yaydığı həmin məlumatda BAXCP sədrinin
korrupsiyada ittiham edildiyi vurğulanır. Lakin bunun hansı səbəbdən
belə şəkil aldığı barədə isə heç bir məlumat verilmir. Həmin müraciətdə deputat
korrupsiyada ittiham edilir.
Məsələ ilə bağlı Vidadi İsgəndərli ilə əlaqə saxlayan jam.az-a
açıqlamasında hüquq müdafiəçisi bildirib ki, Qüdrət Hüseynquliyevlə
bağlı etdiyi müraciətindən dolayı yaxın günlərdə geniş açıqlama verəcək.
Hazırda xəstə olduğunu qeyd edən təşkilat sədri vurğulayıb ki,
açıqlamada bir sıra məqamlar yer alacaq. В«Qüdrət Həsənquliyevlə bağlı
etdyim müraciətimdə onun parlament seçkilərindən tutmuş, evləri,
villaları, bahalı maşınları, obyektləri ilə bağlı hər şey yer alıb. Necə
olur ki, heç bir fəaliyyəti olmayan, əlindən bir iş gəlməyən Qüdrətlər,
Hafizlər və digərləri milyonluq maşınlarda gəzir, evlərdə qalır və
seçki günü 45 min səs yığır, amma canını ortaya qoymuş Vidadi İsgəndərli
cəmi 35 səs alır? Bu adamlar Kamaləddinlər, başqalarına güvənirsə,
buyursunlar iddialarımı təkzib etsinlər. Mən Qüdrət Həsənquliyevə də
xəbərdarlıq etmişəm ki, o, kimlərləsə bacara bilər, amma mənimlə yox.
Həm də ona xəbərdarlıq etmişəm ki, üzərindən bulduzer kimi keçəcəmВ».

Short URL: http://www.cumhuriyyet.net/?p=15414

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728