Sumqayıtda məmur-vətəndaş qarşıdurması
Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisinin əmkdaşları qanunsuz sürücülük fəaliyyəti göstərən şəxslərə qarşı reyd keçiriblər. Reyd zamanı sürücü ilə nəqliyyat müfəttişi arasında mübahisə
yaranıb. Səbəb qanunsuz idarə etdiyi avtobusdan düşmək istəməməsidir.
Sumqayıt-Bakı istiqamətində, heç bir lisenziya almadan, sürücülük
vəsiqəsiz, sərnişindaşıma ilə məşğul olan şəxs nə nəqliyyat
nazirliyinin, nə də hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe oldu.
Əksinə onlarla sözün əsl mənasında söz güləşdirərək bölməyə aparıldı.
Masallıdan Sumqayıta qanunsuz idarə etdiyi avtobusla sərnişin
çatdırmaq istəyən digər sürücünün istəyi isə ürəyində qaldı. Çünki onun
müvafiq sənədləri yox idi. Buna görə də sürücü 100 manat məbləğində
cərimə edildi. Bundan başqa Nəqliyat Nazirliyi və Dövlət Yol Polisi, qanunsuz
sürücülük fəaliyyəti göstərən şəxsi saxladılar. Digərlərindən fərqli
olaraq bu sürücü isə kiçik tutumlu avtobusunu nəqliyyat müfəttişlərinin
üzərinə sürdü.
Reyd zamanı sürücülük vəsiqəsi, lisenziyası qaydasında olmayan daha
bir avtobus saxlanılsa da, sürücü sərnişinlə dolu avtobusun açarını da
götürüb ərazidən uzaqlaşdı. Sərnişinlərsə Nəqliyyat Nazirliyinin
əməkdaşları tərəfindən avtobusdan çıxarıldı. Bəzi sükan arxasına əyləşənlərsə, nazirlik əməkdaşlarına nəqliyyat
vasitəsinin açarını təqdim etməsə də, bu, onları xilas etmədi.
Avtomaşınları cərimə meydançasına aparıldı.
Sumqayıt Regional şöbəsinin sektor müdiri Məzahir Piriyev sözlərinə
görə, avtomobilləri idarə edən sürücülərin bəzilərinin sürücülük
vəsiqəsi, texniki pasportu yoxdur: “Bəzilərinin isə sürücülük dərəcələri
yoxdur. Bunlar sərnişinlər üçün çox böyük təhlükə yaradır. Onun görə
də, bu cür sürücülərə qarşı mütəmadi olaraq reydləri davam etdiririk.
Onlara qarşı inzibati qaydada protokul tərtib olunur”.
Sektor müdiri onu da bildirdi ki, bu cür reydlər ayın sonuna qədər davam edəcək. /ANS TV/
Short URL: http://www.cumhuriyyet.net/?p=15415