“Qala” BTX adı ilə edilən böyük dələduzluq

17.01.2015 - 02:30

Ökədə növbəti fırıldaq maliyyə piramidasının qurbanları əmələ gəlib. Bu barədə məlumatı Azinform.az-a
həmin dələduzluq əməlindən zərərçəkən vətəndaşlardan biri verib. Edilən
fırıldağın miqyası o qədər böyükdür ki, dünən 300 nəfərdən artıq
zərərçəkən etiraz əlaməti olaraq ,Biləcəri qəsəbəsində kütləvi aksiya keçirib. İsmayılov Namiq Əlismayıl oğlu bildirib ki, dünən keçirilən aksiyanın canlı şahidi və iştirakçılarından olub. Şikayətçinin sözlərinə görə, onlar “Qala” Beynəlxalq Təhlükəsizlik Xidməti tərəfindən aldadılıblar:”Mən tək deyiləm.  Bildiyimə görə, “Qala”-nın 7 minə yaxın işçisi
var. Onların 99 faizi dələduz şəbəkənin toruna düşüb.  Prosedura görə,
“Qala” da işləmək istəyənlər işə götürülməzdən əvvəl müəyyən məbləğdə
avans pul yatırmalı olublar. Xidmət tərəfindən verilən vədlərdə
bildirilirdi ki, həmin avanslar 3 aylıq iş müddətində maaşla birgə
qaytarılacaq. Sonradan müraciət edənlərin sayının çoxaldığını gördükdə,
işə götürdükləri adamlardan 1000-2000 manat məbləğində “şapka” da almağa
başladılar. Qoyulan avansların miqdarı da fərqlidir 2000 manatdan 10000
manata qədər.  Mənim özüm  dörd ay əvvəl 2600 manat avans verib işə girmişəm.  Dörda
ay da işləmişəm. İndi nə əmək haqqımı ala bilirəm, nə də verdiyim
avansı. Sadə hesablama aparanda, mənimsənilən pulların məbləği
milyonlarla ölçülür. Bu müddət ərzində səs-küy salanların hərəsinə
50-100 manat verib yola salıblar. Artıq narazılıq kütləvi hal alıb.

Dünən
300 nəfərə yaxın adam “Qala”nın Biləcəri qəsəbəsindəki offisinin
qabağına toplanmışdı. Qurumun rəhbəri  Vüqar Hüseynov bu izdihamı
görəndən  sonra yoxa çıxıb. Hətta vəziyyət o həddə çatdı ki, etirazçılar
həmin ərazidən keçən magistral yolu  belə bağalamağa cəhd etdi”. Şikayətçinin sözlərinə görə, bu şəbəkənin arxasında hansısa güclü şəxs durur: “Belə olmasaydı, bir tədbir görülərdi. Azərbaycanın paytaxtında bu
dərəcədə əməli yalnız arxası olan törədə bilər. Zərərçəkənlərin şikayət
etmədiyi instansiya qalmayıb. Heç bir xeyiri yoxdur. Binəqədi polisi
gəlib həmin adamlar barədə ölçü götürmək əvəzinə, aldadılan
vətəndaşlarla sərt danışır. Polis mənim özümü bir neçə saat  saxladıqdan
sonra buraxdı. Biz üzümüzü ölkənin əlaqədar qurumlarına tutub, onlardan
kömək gözləyirik. Xahiş edirik ki, bu məsələyə əncam çəksinlər”.

 

Zərərçəkənin sözlərinə görə,
hazırda “Qala”nın rəhbəri Vüqar İsmayılovu ofisdə tapmaq müşkülə
çevrilib: “O, qaçıb. Bütün işləri Nəzakət adlı xanım idarə edir. Vüqarın
birinci müavini Kamil müəllimdə ara-sıra oralarda görünür”. Mövzu diqqətimizdədir. (azinform.az)

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15417

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728