Qax meşələri məhv edilir
Rayondakı meşə massivləri sürətlə kəsilərək
məhv edilir. Qış fəslinin başlaması ilə birlikdə Qaxda minlərlə ağac
göz görə-görə kəsilir meşə məhv edilir. Bu barədə BTV-yə(Bolgexeber.TV) məlumatlar daxil olub. Məlumatda bildirilir ki, Qax rayonda vəziyyətin daha dözülməz həddə çatması barədə məlumat almışıq.BTV(Bolgexeber.TV)
bildirir ki, rayonun mavi yanacaq verilməyən kəndlərində əhali odundan
istifadə edir. Bu iş, yəni odun biznesi isə müxtəlif şəxslərin əlində
cəmləşib. Məlumat üçün bildirək ki, Qax meşələrində çox qiymətli ağaclar
bitir və onların əksər hissəsi kəsilərək mebel materialı kimi Rusiya və
Gürcüstana göndərilir. Mebel üçün yararsız olan ağaclar isə odun
şəklində kənd camaatına satılır. Bir maşın odunun qiyməti isə 600
manatdır ki, bunu da almağa hər adamın maddi imkanı çatmır. Məcburiyyət
qarşısında ağacları qanunsuz şəkildə kəsən sadə vətəndaşlar isə polisə
verilərək cərimələnirlər. Odun biznesi ilə məşğul olan şəxslərə qarşı
isə heç bir tədbir görülmür. “Meşələr 20-25 ildir ki, mütəmadi olaraq
qırılır, satılır, məhv edilir. Təbii qazla təmin olunmayan rayonun dağ
kəndlərində hələ də yanacaq kimi odun işlədilir. Vəzifəli şəxslərə
məxsus rayondakı sexlərə çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd,
qoz, cır armud və s. kimi qiymətli ağaclar gətirilir, ilkin emaldan
çıxaraq Bakıya daşınır. Hətta İlisu dövlət qoruğu ərazilərində də
qiymətli ağaclar qırılıb satılmaqdadır. Bu barədə Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin yerli şöbəsinin işçiləri və rəhbəri hər halda
böyük məsuliyyət sahibidir. Çünki meşədə artıq bu növ ağacların nəsli
kəsilməkdədir”, deyə rayondan gələn xəbərlərdə ürəkağrısı ilə qeyd
olunur. Qax təbiətinin mühafizəsi məqsədilə görülən tədbirlərin heç də
yetərli olmadığını göstərdi. Bu gün isə yerli ictimaiyyətin də yekdil
rəyinə görə Qax meşələrinin başı üzərini ciddi təhlükə alıb. Nə qədər
qəribə səslənsə də, artıq neçə müddətdir ki, müxtəlif instansiyalara
ünvanlanan həyəcan dolu məktublarda bu təhlükənin əsas mənbələrindən
biri kimi məhz Rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin
fəaliyyəti göstərilir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir
ki, Rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Azad
Şəfiyevin meşə zolaqlarının salınması və ekosistemin mühafizəsi
istiqamətində guya ki, görülmüş işlər barədə Ekologiya və Təbii
Sərvətlər Nazirliyinə verdiyi hesabatlar da yalnız görüntü xarakteri
daşıyır. Əsil həqiqət isə bundan ibarətdir ki, satılan ərazilərdə
torpağın buldozer və ekskavatorlarla qazınıb daşınması, yeni salınan
tikinti massivlərinin ətrafında aparılan işlər həm də çay sahillərini
zəiflədir, maili yamaclarda torpaq sürüşmələri yaradır.
Sonda isə biz ümid edək ki, ən azından Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, eləcə də Meşələrin İnkişafı Departamentinin rəhbərliyi
materialın dərcindən sonra məsələnin təfərrüatlarını araşdıracaq və
qarşıya qoyulan suallara müəyyən aydınlıq gətirəcək və künahkarlar
qanunlara müvaviq cəzalandırılacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=15421