Bakıda böyük qızıl talanı

17.01.2015 - 11:42

Ötən il ərzində ölkədə 6 minə yaxın saxta zinət əşyaları aşkarlanıb. Bu
məmulatlar yoxlanıldıqdan sonra məlum olub ki, məmulatların üzərində
mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib. ANS PRESS-in
araşdırması burada qəribə məqamları üzə çıxardı.

Qızıl bazarına nəzarət edən bir neçə qurum olmasına baxmayaraq hələ də
saxta zinət əşyaları aşkarlanır. Görünür ya nəzarətdə, ya da nəzarət
mexanizmində boşluqlar var. Əslində hər qızıl bazarında Əyar Palatasının
bir nümayəndəsi olur və onlar bu kimi hallara nəzarət edirlər. Yəqin
möhtəkirlərin bazara nüfuz etmə bacarıqlarının artması onlarla
mübarizədə çətinlik yaradır.

Zərgərlik məmulatlarının satışını həyata keçirən dükanların
nümayəndələri isə qızıl əşyaların Əyarlar Palatasında yoxlandıqdan sonra
alıcılara təqdim olunduğunu deyirlər. Ancaq saxta qızıllların haradan
peyda olunduğuna cavab verməkdə şətinlik çəkirlər.

Belə olan halda, saxta qızılların əhali tərəfindən alındığını nəzərə
alaraq bazarlarda nəzarətin artırılmasına zərurət yaradılır. Sadə
azərbaycanlı isə saxta qızıldan sığortalanmaq üçün şəxsi tanışlığa
üstünlük verir. Mütəxəssilər isə bildirir ki, qızıl ehtiyatı yığmaq
istəyənlərin uduzmuq ehtimalı yüksəkdir. Belə vəziyyətə düşməmək üçün
zərgərlər tanınmış, bu bazarda çoxdan işləyən və etibar qazanmış
adamlardan mal almağı məsləhət görürlər.

Qızıl alarkən aldanmamağın ikinci bir yolu isə tanınmış zərgərlik
firmalarından, brend mağazalardan mal almaqdır. Düzdür, brend dükanların
malları nisbətən bahadır, amma qiyməti həmişə üstündədir. Brend saatlar
kimi belə qızıl əşyalar da illər keçdikcə daha da bahalaşır və əntiq
əşyaya çevrilir. Yəni evlənən zaman bunu nəzərə almaq lazımdır. Gəlinə
bir neçə ədəd mənşəyi bilinməyən qızıl hədiyyə vermək əvəzinə bir ədəd
bahalı brend mal bağışlamaq daha doğru olar. Hər halda, “qara gün”də
ikinci daha çox işə yarayar.

İqtisadçılar saxta qızılların bazarda artmasını bu növ məmulatların
qiymətinin bahalaşması ilə əlaqələndirirlər. Mütəxəssislər hesab edir
ki, qızılın dəyərinin artması bəzi işbazları şirnikləndirir və onları
asan yolla gəlir əldə etmək fikrinə salır. İqtisadçı-alim Vüqar Bayramov
isə bildirir ki, bu il ərzində qızılın dəyərində artımlar gözlənilir:

“Azərbaycanda da qızlın qiymətində yaxın günlərdə artımların olacağı
gözlənilir. Bunun əsas səbəbi isə dünya bazarında müşahidə edilən
artımlar nəticəsində idxal olunan anoloji məhsulların xərcinin
yüksəlməsi, həmçinin bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin
artırılması ilə bağlıdır. 2012-2014-cü illərdə qızılın düya bazar
qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf
etməkdə olan ölkələrdə qızıla tələbatı artırıb. Qızılın qiymətinin
artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən
çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli
istiqamətə yönəltməsi ilə bağlıdır. Qızılın qiymətindəki artım tempinin
davam edəcəyi proqnozlaşdırılsa da hələlik kəskin yüksəliş gözlənilmir.
Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı
proqnozlaşdırılır”, – deyə iqtisadçı bildirib.

Maliyyə Nazirliyindən isə bildirilir ki, Qiymətli Metallara və Qiymətli
Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən ötən il 15 sahibkarlıq
fəaliyyəti subyektində yoxlama aparılıb. Aparılan yoxlamalar nəticəsində
sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma
məqsədilə 2014-cü ildə 5816 ədəd məmulatın Dövlət Xidmətinə gətirilməsi
təmin edilib. Onların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa
izləri aşkar edilib. Bu izlər təmizlənib və məmulat müvafiq əyarlara
uyğun dövlət əyar damğası ilə damğalanıb.

Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş
sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq
edilməsi haqqında qərar çıxarılıb. Ümumilikdə 18 min manat məbləğində
inzibati cərimə ödənilib.
Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil
olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət
məmulatlarına görə 2014-cü ildə 1 milyon 217 min manat dövlət rüsumu
ödənilib. Ümumilikdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət
Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində 1,3 milyon manat vəsaitinin
dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Sonda qeyd edək ki, “İstehlakçı Hüquqlarının Müdafiəsi Haqqında” qanuna
görə saxta qızıl məmulatını almış vətəndaşların zərəri sahibkar
tərəfindən geri ödənilməlidir. Lakin qanunun işləməməsi istehlakçıların
hüququnun qorunmasında da problemləri qaçılmaz edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15425

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728