Amerikalılar vəhabiləri Əliyevin üzərinə qaldıra bilər

17.01.2015 - 12:05

“Heç bir şübhə yoxdur ki, ABŞ-ın Azərbaycana
qarşı təzyiqləri davam edəcək. Ancaq Azərbaycanda müstəsna olaraq
qərbmeylli qüvvələrə əsaslanmaq perspektivsizdir, çünki bu qüvvələr
tamamilə heçdir  və İlham Əliyevin hakimiyyətinə qarşı fəal mübarizə
aparmağa qadir deyil. Amerikalıların ilk baxışdan təəcüblü olsa da
liberalların və nasistlərin ittifaqını təcrübədən keçirdiyi Ukrayna ilə
müqayisə aparsaq belə görünür ki, Azərbaycanda da onlar liberalların və
vəhabilərin alyansını istifadə edə bilərlər”.

Bu sensasion mövqe ilə
rusiyalı politoloq və şərqşünas Yevgeni Baxrevski ABŞ-ın Azərbaycana
qarşı son zamanlar artan kampaniyasına dair məqaləsində çıxış edib.

Məqalə Rusiyanın nüfuzlu “Lenta.ru” portalında yer alıb. Obama
administrasiyası ilə Azərbaycan hökuməti arasında qarşıdurmanın
mənbələrini analiz edən müəllif belə qənaətə gəlir: “Azərbaycanda son
illər vəhabilik xeyli güclənsə də onlar ayrıca olaraq situasiyanı
dəyişdirmək gücündə deyillər. Çünki vəhabilərə qarşı Azərbaycanın
kifayət qədər təşkil olunmuş, güclü və xeyli dərəcədə İranın təsiri
altında olan şiə çoxluğu dayanıb. Ancaq Əliyevə qarşı taran rolunda
vəhabilər tamamilə işə yaraya bilər”.

(virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=15427

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728