İŞİD İrana hücuma hazırlaşır?
İran
Silahlı Qüvvələrinin İŞİD-ə qarşı genişmiqyaslı hərbi əməliyyatlara
hazırlaşması təhlükənin daha da yaxınlaşdığından xəbər verir.
Artıq cənub qonşumuz ordu birliklərini İraqla sərhəddə cəmləşdirir.
Xəbər
verdiyimiz kimi, artıq dünən 33-cü topçu birliyinin komandanı Muhsin
Azər paytaxt Tehranda olan qüvvələrin İraq sərhədinə göndərildiyini
açıqlayıb.
Muhsin Azər İŞİD terrorçularının
İran-İraq sərhədinin qırmızı xəttinə – 40 kilometrliyinə yaxınlaşacağı
təqdirdə vurulacağını bildirib. General terrorçuların hazırda İran
sərhədinin 48 kilometrliyində durduqlarını söyləyib.
Generalın
bu açıqlamasından sonra dünya mətbuatı İŞİD-in İrana hücum etməsini tam
real kimi xarakterizə edib. Çünki İrana mənən bağlı olan Mosulun
terrorçular tərəfindən işğalı təşkilatın İranda gözünün olduğunu
göstərir.
İranlı generalların həyəcan çağırışları
təkcə bununla bitmir. Quru Qoşunları Komandanı general-leytenant Əhməd
Rza Purdestan da bir müddət öncə verdiyi açıqlamada terrorçuların İran
sərhədinə yaxınlaşmaqda olduğunu bildirmişdi.
Qlobal
geosiyasi vəziyyəti nəzərə alsaq, terror təşkilatının Yaxın Şərqdə
misssiyasının bitəcəyi təqdirdə ABŞ-ın 35 illik qan düşməninin də
başını qara buludların ala biləcəyi şübhəsizdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15430