Abbas Abbasovu “AzerRos”dan çölə atdılar
Moskvada В«AzərrosВ» Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayı keçirilib. APA-nın məlumatına görə, sayca VI olan qurultayda Rusiyanın 34
regionundan olan 80 nümayəndə, 42 nəfər isə digər ictimai təşkilatın
nümayəndəsi kimi iştirak edib. Qurultayda Ümumrusiya Azərbaycan
Konqresinin regional bölmə rəhbərləri iştirak ediblər.
Qurultayı giriş sözü ilə açan В«AzərrosВ»un fəxri prezidenti Söyün
Sadıqov qurumda son iki ildə böyük münaqişələrin baş verdiyini bildirib:
В«Bu intriqalar təşkilatın fəaliyyətini iflic edib. Bütün bunlara dərhal
son verilməlidir. В«AzərrosВ» nə vaxt güclü təşkilat olsa, o zaman
Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlı Gənclər Birliyi
bizim təşkilata hörmətlə yanaşar. Bizi təkcə Rusiya hökuməti deyil,
Azərbaycan hökuməti də dəstəkləməlidir. В«AzərrosВ» heç kəsin cibinə
xidmət etməməlidir. Bu təşkilat Rusiyada yaşayan həmvətənlərimizə xidmət
etməlidir. Son iki ildə təşkilatı pis günə qoyublar. Sonuncu qurultayda
prezident seçilən Asif Məhərrəmov təşkilat üçün heç bir iş görmədi. Mən
indiki qurultayın iştirakçılarından keçən qurultayda baş verənlərə görə
üzr istəyirəm. Asif Məhərrəmovun namizədliyini dəstəkləyəndə onu
bacarıqlı biri bilirdim. Neçə il polis orqanlarında çalışıb. Lakin o,
ümidləri doğrultmadı. В«AzərrosВ»da vəzifə tutmaq gələcəkdə hansısa ölkədə
nazir və ya digər vəzifə sahibi olmaq demək deyil. Amma Asif Məhərrəmov
və digərləri bunu başqa cür başa düşürdülərВ».
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov isə qurultay
iştirakçılarını təbrik edərək, onlara uğurlar arzulayıb.
Rusiya-Azərbaycan münasibətlərindən danışan səfir müavini hər iki
ölkənin strateji tərəfdaş, xalqlarının isə tarixən dost olduğunu
söyləyib: В«Rusiyada yaşayan azərbaycanlılar bu cəmiyyətin bir
parçasıdır. Rusiya azərbaycanlıları hər zaman bu ölkənin ictimai-siyasi
həyatında fəal iştirak ediblərВ».
Q.Osmanov Azərbaycan dövlətinin hər bir ölkədə güclü, monolit
diasporu olmasında maraqlı olduğunu deyib: В«Qurultayı təbrik edir,
gələcək fəaliyyətinizdə uğurlar arzulayırıqВ».
Daha sonra Ümumrusiya Azərbaycan Konqresinin Murmansk və Ulyanovsk
bölmə rəhbərləri Afil Hüseynov və İslam Hüseynov çıxış ediblər. Onlar
regionlarında minlərlə azərbaycanlının yaşadığını qeyd ediblər: В«Biz
istərdik ki, Ümumrusiya Azərbaycan Konqresi və В«AzərrosВ» birgə fəaliyyət
göstərsinВ».
Qurultayda çıxış edən Qalib Ağayev isə təşkilatın bu vəziyyətə
düşməsində Ağsaqqallar Şurasının sədri Abbas Abbasovu ittiham edib:
В«Abbas Abbasov təşkilatı intriqa yuvasına çevirdi. Vəziyyətin bu həddə
gəlməsi məhz onun günahıdırВ». Q.Ağayev qurultayda bu il martın 6-na
qədər fasilə elan edilməsini və Federal Şura üzvləri ilə dialoqun davam
etdirilməsini təklif edib: В«Biz В«Abbas Abbasovun düşərgəsindəВ» olan
Federal Şura üzvlərinə təşkilatla bağlı dialoq təklif edirikВ».
Qurultaya qurumun istefa vermiş prezidenti Asif Məhərrəmov da
qatılıb. Ona В«AzərrosВ» üzvləri tərəfindən suallar verilib. Asif
Məhərrəmovun qurultayın bu formatda keçirilməsinə etirazını bildirməsi
qurultay iştirakçılarının qəzəbinə səbəb olub. Qurultayın gedişində
Söyün Sadıqovla Asif Məhərrəmov arasında mübahisə yaşanıb. Daha sonra
Asif Məhərrəmov qurultayı tərk edib.
Mandat Komissiyasının sədri Qalib Hüseynov VI qurultayın keçirilməsi
üçün yetərsayın olduğunu bildirib. Qurultayın sədri Söyün Sadıqov,
katibi isə Nizami Bəşirov seçilib. İştirakçılar bir sıra məsələləri
müzakirəyə çıxarıblar. Keçmiş prezident Asif Məhərrəmovun istefası
təsdiqlənib. В«AzərrosВ»un yeni nizamnaməsi qəbul olunub, Ağsaqqallar
Şurası ləğv edilib.
В«AzərrosВ» prezidentliyinə namizəd olan Qalib Ağayev, Mehriban
Abdullayeva, Yusif Xıdırov və Ziyafər Surxayevin çıxışlarından sonra
qurultaya hazırlıq işlərinin davam etdirilməsi qərara alınıb. Qurultayda
2015-ci il martın 6-na kimi fasilə elan olunub.
Qeyd edək ki, qurultayın gedişatına maneə törətməyə cəhd olunub. Belə
ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi tədbirin Moskva Millətlər
Evində keçirilməsini elan etsə də, sonradan qurultayın keçiriləcəyi
ünvan dəyişdirilib. Moskva Millətlər Evindən В«AzərrosВ»un qurultayının
keçirilməsinə verilən icazə ləğv olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=15432