Azərbaycanda bu şəxslərin evlənməsinə qadağa qoyuldu
2014-cü ilin oktyabrında Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edildi. Həmin
qanuna əsasən, Ailə Məcəlləsinin 13-cü maddəsi yeni variantda verildi.
Bu maddə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi
haqqındadır. Əvvəlki variantda Ailə Məcəlləsinə əsasən nikaha daxil olan
tərəflərin nikahdan öncə tibbi müayinədən keçməsi öz əksini tapsa da
bu, könüllü idi.
Dövlət başçısı tərəfindən verilən fərman bu sahədə insanların qarşılaşdığı problemləri azalda biləcəkmi? Ailə,
Qadın, Uşaq Problemləri üzrə Dövlət Komotəsinin Hüquqi təminat
şöbəsinin müdiri Taliyə İbrahimova modern.az-a açıqlamasında bildirib
ki, edilən dəyişiklik baş verən ciddi problemlərin aradan
qaldırılmasında mühüm rol oynayacaq: “Son zamanlar ailələrdə olan
problemlər, xüsusilə boşanmaların səbəbləri araşdırılarkən müəyyən
edildi ki, nikaha daxil olacaq şəxslərin öncədən müayinədən keçməsi
olduqca vacibdir. Bu həm tərəflərin hüquqları, həmçinin ailədə dünyaya
gələcək uşaqların sağlamlığı, ailənin bütövlüyünü qorunması baxımından
vacibdir.
Statistika göstərir ki,
boşanmaların əksəriyyətinin səbəbi sonsuzluq və ya təhlükəli
xəstəliklərin aşkarlanması, eyni zamanda qüsurlu körpələrin doğulması
ilə bağlıdır. Ailə, Qadın, Uşaq Problemləri
üzrə Dövlət Komitəsi 2007-ci ildən bu məsələ ilə bağlı öz təkliflərini
Milli Məclisə təqdim etmişdi. Nəhayət ki, 2014-cü ildə Ailə Məcəlləsinin
13-cü maddəsinə bu dəyişikliklər edildi”.
Komitə
rəsmisi bildirib ki, baş verən dəyişliklərə əsasən, nikaha daxil olmaq
istəyən şəxslər qeydiyyat şöbələrinə öz ərizələrilə bərabər, tibbi
müayinədən keçdiyini təstiq edən arayışı da təqdim etməlidir: “Həmin
arayışda şəxslərin tibbi müayinədən keçdiyi təstiq olunmalı, lazımi
tibbi məsləhətlərin verildiyi də öz əksini tapmalıdır. Lakin nəticə
barədə digər tərəfin məlumatlandırılması könüllüdür. Bildiyiniz kimi
insanın sağlamlıq durumu barədə informasiyalar fərdidir,
konfidensialdır, eyni zamanda həkim sirridir. Nikaha daxil olan digər
şəxsin bu məsələni bilməsi könüllü formada həyata keçirilir.
Edilən
dəyişiklikdən sonra nikaha daxil olmaq istəyən şəxslər konkret olaraq
müəyyən olunmuş xəstəliklər üzrə müayinədən keçməlidirlər: Hazırda
həmin xəstəliklərin siyahısı təstiq edilməsə də, çox güman ki, AİDS,
immun çatışmazlığı, narkomaniya, dəri-zöhrəvi xəstəliklərinin adı orada
öz əksini tapacaq. Qanunverciliyə görə bir şəxsin digərini SPİD, yaxud
dəri-zöhrəvi xəstəliklərinə yoluxdurması cinayət məsuliyyəti deməkdir və
buna görə nikah etibarsız sayıla bilər”. T.İbrahimova onu da qeyd
edib ki, Prezidentin fərmanı ilə müvafiq qurumlara tapşırıq verilib:
“Səhiyyə Nazirliyində tibbi müayinədən keçmə qaydası və müayinə ediləsi
xəstəliklərin siyahısı hazırlanır. Müvafiq qurumlarla razılaşdırıldıqdan
sonra təsdiq ediləcək.
Son zamanlar gənclər
arasında sorğular aparmışdıq. Nəticələr göstərirdi ki, gənclər də bunu
arzulayırlar. Düşünürəm ki, nikaha daxil olmaq istəyən şəxs tibbi
müayinədən keçdikdən sonra problemləri barədə məlumatlı olacaq,
zamanında həyata keçirlən müalicələrdən sonra riskləri azaldacaq”. Bu
sahədə baş verə biləcək özbaşınalıqlar, səhlənkarlıqlara gəldikdə
komitə rəsmisi qeyd etdi ki, həmin arayışı verən həkim birbaşa
məsuliyyət daşıyacaq: “Ona görə də nəticələri gözə alaraq bunu
etməldir. Korrupsiya halları baş verəcəksə belə, o cinayət məsuliyyəti
daşıyacaq. Bu cür risklər hər zaman ola bilər. Nikaha daxil olmaq üçün
müarciət edən şəxs arayış təqdim etməyəcəyi təqdirdə nikah baş
tutmayacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15433