Qazaxıstanın diplomatik maşını ilə Azərbaycan polisinə hücum etdilər
Yanvarın
16-da gecə saatlarında Bakıda keçirilən reyd zamanı diplomatik nömrə
ila idarə olunan avtomobilin sürücüsü qəza törədib.Hadisə
“Statistika dairəsi” kimi tanınan ərazidə baş verib. Svetoforun qırmızı
işağında hərəkət edən “Toyota Corolla” markalı, T 017 03 dövlət nömrə
nişanlı avtomobil yaşıl işıqda hərəkət edən “Chevrolet” markalı, 90 VB
121 dövlət nömrə nişanlı avtomobillə toqquşub
Avtosfer.az-ın
hadisə yerində olan əməkdaşına şahidlər bildiriblər ki, qəzaya səbəb
“Toyota”nın sürücüsü olub. O, ümumiyyətlə, qırmızı işıqda dayanmadan üzü
Nərimanov küçəsinə tərəf hərəkəti davam etdirib. Qəza da bu zaman baş
verib. Hadisə yerinə əvvəlcə Post-Patrul Xidməti, sonra isə yol polisi
əməkdaşları gəlib. Lakin sürücü polisə əhəmiyyət verməyərək vurduğu
avtomobilin sürücüsünə nömrə verib “səhər görüşərik” deməklə hadisə
yerindən uzaqlaşmağa çalışıb.
Polislər
buna etiraz etdikdə isə sərxoş vəziyyətdə olan sürücü həm onları, həm
də çəkiliş aparan jurnalistləri təhqir etməyə, hədə-qorxu gəlməyə
başlayıb. “Azərbaycanda istədiyimi edə bilərəm” deyən sərxoş sürücü
hətta maşına minərək qapıları bağlayıb. Sonra isə avtomobili işə salaraq
qaçmağa çalışıb.
Onun
qarşısını kəsən yol polislərinin üstünə də maşın sürən əcnəbi vətəndaş
kobud hərəkətləri və söyüşləri ilə vəziyyəti daha da qəlizləşdirib. Onun
yanındakı sərxoş xanım da polislərə nalayiq sözlər deyib. Sərxoş sürücü
isə özünü təqdim edərkən yalnız adını deyib – Berik. Heç
bir sənəd təqdim etməyən sürücünün kimliyini Avtosfer.az müəyyən edə
bilib. Məlum olub ki, həmin avtomobilin sahibi Nərimanov rayonu, R.Qafur
küçəsi, ev 20, mənzil 17-də qeydiyyatda olan Berik Xamidovdur. Onun Qazaxıstanın Azərbaycandakı Ticarət Attaşesinin əməkdaşı olduğu bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15436