Rövnəq Abdullayevin cangüdən hobbisi

17.01.2015 - 23:37

ARDNŞ-nin ( SOCAR ) prezidenti Rövnəq Abdullayev və qohum-əqrəbadan
ibarət yaxın ətrafı mətbuatın gündəmindən düşmür. Demək olar ki,
Abdullayev və çevrəsi hər gün mətbuatın hədəfinə çevrilir. Düzdür, sonra
bəzi mətbuat orqanları bu çevrə ilə dil tapır, hətta onlardan
palaz-palaz müsahibələr də götürürlər.
Biz isə Abdullayev və ətrafı barədə obyektiv tənqidlərimizi davam
etdiririk. O, vaxta qədər ki, onlar öz əməllərindən əl çəkəcəklər. Amma
hələki onların belə fikri hiss olunmur.
Ona görə də biz də öz araşdırmalarımızı davam etdiririk.
Bugünkü tənqidimizin hədəfi SOCAR prezidentinin cangüdəni Eldar Əli oğlu İsmayılovdur.
Qısa haşiyə çıxararaq qeyd edək ki, biz vaxtilə Rövnəq Abdullayevin
başqa bir cangüdəni barədə yazdıq və yazımız düşərli oldu. Beləki, həmin
cangüdəni rayonlardan birinin Qaz idarəsinə rəis təyin etdilər. Biz də
ona işlərində uğur arzuladıq. İndi isə cangüdən Eldar İsmayılovla bağlı mövzuya qayıdaq.
Məlumat üçün bildirək ki, təxminən bir il əvvəl SOCAR ev növbəsində olan
işçilərinə Xətai rayonunda mənzil verdi. Uzun illər növbədə ev gözləyən neftçilərin bəzilərinə keçən il Xətai rayonu, Ayaz İsmayılov
küçəsi ,35C ünvanında SOCAR tərəfindən inşa edilən binadan ev almaq
qismət oldu.
Sual oluna bilər ki, niyə bəzilərinə..?
Yeri gəlmişkən, neftçilərdən söhbət düşərkən hamının gözünün qabağına
məşhur “Bəxtiyar” filmindəki obrazlar gəlir. Amma söhbət Bəxtiyar kimi
əsl neftçilərdən gedir, Eldar İsmayılov kimi saxta neftçilərdən yox. Heç
söhbət ömründə bircə dəfə neft quyusuna düşməyən, ancaq neftdən gələn
milyonlara sahib olan Anar Əlizadədən də getmir. Həmin film sovet neftçilərinə, onların əməyinə həsr olunmuşdu. Bu gün isə daha çox “cangüdənlər erasıdır”. İndi qayıdaq “bəziləri” söhbətinə. Bəli, hər neftçiyə həmin binada
mənzil almaq qismət olmadı. Çünki, onda cangüdən Eldar İsmaylov həmin
binada 3 mülkə sahib ola bilməzdi.
Bəli, Eldar İsmayılov “baş nöyütçü”nün canını qorumaqla, tikilən binada
“mülkədar” oldu. Görəsən yaşı 30 olmayan cangüdən neçə ildir neft
sənayesində can qoyur?
Ona görə də xeyli neftçi ev gözləmək həsrətində qaldı. Əvəzində Eldar
İsmayılov həmin binada daha 2 avtomobil qarajına sahib oldu.
Bəli, Ayaz İsmayılov küçəsi ,35C ünvanda yerləşən binanın 8-ci blokunun
2-ci və 3-cü mərtəbəsində 4 otaqlı mənzillər Eldara məxsusdur. Həmin
binanın birinci mərtəbəsində 500 kvadratmetr qeyri-yaşayış sahəsi də
Eldar İsmayılova məxsusdur. Hətta binanın avtoparkında 122 və 123 nömrəli qarajlar da Eldar adlı cangüdənə məxsusdur. İndi özünüz deyin: illərlə neft quyularında can qoymaq yaxşıdır, yoxsa Rövnəqin canını qorumaq..?
Həm də görəsən, bu cangüdənlər dəstəsi SOCAR rəhbərinin canını kimdən və nədən qoruyur?(qafqaznews.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=15438

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728