Cəlilabad təhsilində cinayətə bərabər əməliyyat

18.01.2015 - 00:21

Cəlilabad rayon təhsil sistemi haqqında cumhuriyyet.az-ın elektron poçtuna məktub daxil olub. Həmin məktubun ilginc məqamlarına keçməzdən öncə bildirək ki, rayondan daxil olan məlumatlar Cəlilabad
rayonunda təhsil sisteminin olduqca bərbad vəziyyətdə olduğunu göstərir. Rayon Təhsil Şöbəsinin
müdiri Vidadi Dövlətovun xoşagəlməz əməlləri nəticəsində rayonda təhsil sahəsi
xeyli geriləyib. Bununla bağlı cumhuriyyet.az-a danışanmənbənin sözlərinə görə, şöbə müdirinin rəhbərliyi altında Cəlilabadda
təhsil məhv olmaq həddinə gəlib çatıb: В«Şöbə müdiri ötən ilin aprel ayında vəzifəyə qoyulub. Köhnə müdirin vaxtında problemlər çox
idi. Belə ki, keçən ilin əvvəllərində hamımız sevinirdik. Xəbər yayılmışdı ki,
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları
rayonda 20-yə yaxın məktəbdə yoxlama aparıb və yoxlamalar nəticəsində rayon təhsilində
2 milyon manat yeyintinin olduğu üzə çıxıb. Sonradan xəbərin yalan olduğu üzə
çıxdı. Kaş ki, hər şey deyilən kimi olaydı və Korrupsiyaya
Qarşı Mübarizə İdarəsi Cəlilabad Rayon Təhsil Şöbəsində yoxlama həyata keçirəydi”.

İndi Rayon
Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Vidadi Dövlətov əvvəllər icra
başçısının təhsil və səhiyyə məsələləri üzrə müavini işləyib. Həmin dövrdə baş
verən maxinasiyalar və qanunsuzluqlar birbaşa müavin olaraq V.Dövlətov rəhbərliyi
altında baş verib. Buna görə də cumhuriyyet.az-ı bilgiləndirən mənbə Cəlilabad təhsilində yoxlama aparılacağı halda xeyli nöqsanların ortaya çıxacağına əmindir. Mənbəmiz
deyir: “İdarənin rəsmiləri bura baş çəkən kimi şöbə müdiri məsuliyyətə cəlb
olunacaq. Onun həyata keçirdiyi qanundan kənar işlərin ölçüsü yoxdur. Rayon məktəblərinin
bir çoxunda əlavə dərs saatları, həmçinin müəllim ştatları yaradılıb. Şöbə rəhbəri
bu tip işlərini əsasən bacısı oğlunun vasitəsilə görürdü. Amma bir müddət əvvəl
bacısı oğlunu narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs etdilərВ».
Sakinlərin dediklərinə inansaq, Təhsil Nazirliyinin əməkdaşları bir neçə dəfə
RTŞ-də yoxlama aparıblar. Buna baxmayaraq, Vidadi Dövlətov qeyri-qanuni işlərindən
əl çəkməyib. Bu faktlar yuxarıda haqqında bəhs etdiyimiz məktubda da öz əksini tapır. Həmin məktubda yazılır: “Əvvəlki Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri təhsildə olan
qanunsuzluqları dilə gətirənləri heç bir müxalif partiyanın üzvü
olmasalar belə, “müxalifətçi” damğası ilə susdurub, aldığı rüşvətləri
isə o zamankı təhsil naziri Misir Mərdanovun əmri ilə etdiyini deyərək,
sığortalanırdı. Artıq hamı bilirdi ki, məktəblərdə direktorlar RTŞ-dən
aslı olduğu üçün, bu qanunsuzluqlar baş verir.

Yeni təyin olunmuş RTŞ
müdiri gəldiyi gündən müəllimlərdən aylıq əmək haqqından “yuxarılara”
faiz və qəzet pulu tələb etmədi. Amma…
Siz, təhsil naziri təyin
olunduqdan sonra təhsil sahəsində islahatlar aparılacağına, müəllimin
itmiş nüfüzunun bərpa ediləcəyinə inamımız yarandı. Təhsil Nazirliyində
neqativ hallara yol verən köhnə kadrların yeni, gənc və savadlı kadrlara
əvəz edilməsi bizim ümidlərimizi daha da artırdı. Dəfələrlə işlərində
yol verdiyi nöqsana görə direktorların cəzalanması da digərlərinə
xəbərdarlıq idi. Amma çox təəssüflər olsun ki, nazirliyimizdə savadlı
kadrların iş başına gətirilməsinə baxmayaraq, rayonlarda nəyəsə görə
savadsız, səriştəsiz və ixtisasıyla uzlaşmayan insanlar vəzifə alır.
Təbii ki, bu vəziyyətdə aparılan islahatların səmərəsi olmayacaq.
Bu
dərs ilinin əvvəlində Cəlilabad RTŞ-nin işçisi müəllim üçün metodik
vəsaiti məktəb müəllimlərinə verməkdən imtina etdi və bunun qanuni
olduğunu israr edirdi. Halbuki, metodik vəsaitin birinci səhifəsində də
qeyd olunur ki, metodik vəsait və dərslik komplekt şəkildə müəllimə
verilməlidir. Cənab Prezidentin göstərişi ilə, ibtidai siniflərdə şahmat
dərslərinin keçirilməsinə başlanılıb, lakin bu gün bizim məktəblərdə
şahmatdan anlayışı olmayan müəllimlər bu dərsi tədris edir. Mətbuatdan
məlumatlı olmasaydıq, “Qarabağ Tarixi” məktəbimizdə tədris
edilməyəcəkdi. Hətta bu gun də rayonumuzda bir çox məktəblər bu dərsdən
xəbərsizdir. Rayon məktəblərində vəziyyət o qədər acınacaqlıdır ki, əgər
repetitorluq olmasa, ali məktəblərə bir nəfər də məzun verə bilmərik.
Bu vəziyyət repetitorların da marağına uyğun olduğu üçün, məktəbə “haqq”
verərək, işi ciddiyə almırlar. Məktəbdən şikayət olduqda isə bu cür
müəllimlər təbii ki, mövcud vəziyyətin müdafiəçisi olacaqlar. Məhz bu
kimi səbəblərdən müəllimlərin cəmiyyətdə hörməti azalır və dövlətin
təhsilə ayırdığı bu qədər pullar kimlərinsə cibinə axır, dövlət
məktəbləri nüfuzunu itirir. Nəticədə orta təbəqənin insanları təhsil
alır, imkansız ailələrin uşaqları isə gələcəklərinə ümidsiz baxırlar.
Cəlilabad
RTŞ-nin bəzi işçiləri əraziyə tabe olan məktəblərə yalnız “haqq” almaq
məqsədi ilə gəlirlər. Qış mövsümü başlayandan birinci dərslər soba
yandırmaqla, o biri dərslər isə tüstü dolmuş sinifləri müşahidə etməklə
keçir. Əlbəttə, bu cur vəziyyət əgər sinifin odunu, yanacağı varsa
yaranır. Əks-halda günümüz titrəyə-titrəyə vaxtı keçirməklə bitir.
Əmək
Məcəlləsinin tələbləri gözlənilmir, əksinə müəllim və şagirdlərin
sağlamlığı təhlükə altına alınır. Məktəb direktorları daxil olmaqla,
təhsil rəhbərlərinin çoxu onlara aid olan əmək funksiyalarını, demək
olar ki, bilmir və oyrənmək iqtidarında da deyillər. Belə olduğu halda
onların gücü nəinki dərsi təhlil etməyə çatır, hətta hansısa pedaqoji,
psixoloji və metodik mövzulardan söhbət etməyə belə acizdirlər.
Müəllimlərin etik davranış qaydalarının tələblərini kobud şəkildə
pozurlar. Qəsdən və ya bilməməzlikdən vəzifə səlahiyyətlərini aşaraq,
cinayət törədirlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15439

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728