Tofiq Yaqublunun azad olunması hər bir Azərbaycanlı üçün demokratiya məqamıdır

13.09.2020 - 00:03

Tofiq Yaqublu 0n gündən artıqdır ölüm aclığını davam etdirir, vəziyyət son dərəcə qorxuludur və indi artıq onun sağlamlığı günbəgün deyil, saatbasaat ağırlaşır. Tofiq bəy məhz Milli Şuranın üzvü olduğuna və hakimiyyəti ardıcıl olaraq sərt tənqid etdiyinə görə, qəzəbə gəlib.Tofiq bəy HAQQIN simvoludur. Hər kəs bilir ki, o, haqsız adamın qolunu heç vaxt tutmaz, bu məsələdə atasına belə güzəştə getməz. İstəyirəm siz də biləsiniz! Biz ədalətsiz olduqca, fədakar, böyük insanların haqqını vermədikcə bu ölkəyə haqq gəlməyəcək!
Bütün ölkə bilir, beynəlxalq aləm çar çəkir ki, Tofiq Yaqubluya saxta iş tikilib, ssenariləşdirilmiş bir əməliyyat nəticəsində Tofiq Yaqublu şərlənib, polisin nəzarətində olan bazar adamlarından saxta şahidlər düzəldilib, saxta hökm çıxarılıb. Tofiq Yaqublunun cinayət törətdiyini iddia etmək üçün vicdan, əxlaq, namus anlayışlarından, milli və mənəvi düşüncədən çox uzaq olmalısan.
Qarabağ savaşı qəhrəmanı, vicdan məhbusu və ölkə müxalifətinin aparıcı simalarından biri olan Tofiq Yaqublu bütün cəmiyyətin gözü qarşısında ləyaqətsizcəsinə şərlənərək həbs edilib. Tofiq Yaqubluya qarşı keçirilən məhkəmə prosesi əslində ədalət mühakiməsi adına rəzalət və rüsvayçılıq idi. Saxta məhkəmə prosesində Tofiq Yaqublunun suçsuzluğunu və ona böhtan atanların cinayətini ifşa edən onlarla sübut məhkəmə tərəfindən, ümumiyyətlə, qiymətləndirilmədi.
Tofiq bəyin saxta, əsassız və uydurma ittiham əsasında şərləyib həbs edilməsinə beynəlxalq reaksiya çox sərtdir. ABŞ Dövlət Departamenti, AŞPA, Avropa Komissiyası, Avropa Parlamenti, Böyük Britaniya, Fransa, müxtəlif insan hüquqları təşkilatları səviyyəsində bu uydurma cinayət işi və onun əsasında çıxarılan saxta və əsassız hökm sərt şəkildə qınanılıb, Tofiq Yaqublunun dərhal azad olunması hər bir Azərbaycanlı üçün femokratiya məqamıdır!

Aynur Rəfiyeva

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=154395

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930