Şamaxıda seçki cinayətinə görə həbs ola bilər

18.01.2015 - 00:46

Bələdiyyələrə seçkilər başa çatsa da, seçki narazılığı bitib
tükənmir. Xüsusən də Şamaxıdan. Namizədlər hələ də aidiyyəti dövlət
qurumlarından yaranmış vəziyyəti dərindən araşdırmağı və qanunu pozmuş
vəzifəli şəxslərin cəzalandırılmasını xahiş edirlər.
***
Namizədlərdən
biri-Toğrul Salahovun mediaya verdiyi
açıqlamalardan və video-müsahibəsindən, həmçinin onun bizə təqdim etdiyi
5 ədəd audio disk və seçki saxtakarlığını təsdiqləyən sənədlər,
fotolar, səs yazıları vəziyyətin nə qədər acınacaqlı olduğunu ortaya
qoyur. Həmin disklərdə telefon danışığı əks olunan 85 saylı Şamaxı
DSK-nın 20 saylı məntəqəsinin sədri Əliyusif Qəniyev, 21 saylı
məntəqənin sədrinin həyat yoldaşı Seyfəddin Qəniyev və 22 saylı
məntəqənin sədri Baloğlan Səfərov seçkidə saxtakarlığa necə yol
verdiklərini, bunu kimlərin tapşırığı ilə etdiklərini və s. səmimi
etiraf edirlər. Həmçinin həmin sənədlər sırasında qanun pozuntusunun
başında duran şəxs kimi Göylər kəndinin icra nümayəndəsi İxtiyar
Xalilovun (85 saylı DSK-nın sədri Hüseyin Rəcəbovla İ.Xəlilovun qardaşı,
Şamaxı ƏSMM-nin sədri Tərlan Xəlilovun kirvə olması da qeyd olunur),
onun qardaşı- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı
rayon şöbəsinin müdiri T.Xəlilovun və Şamaxı RPŞ-nin rəisi Habil
Əmiraslanovun və digərlərinin də adı keçir. Hansı ki, onlar vəzifəli
şəxs olaraq seçki prosesinə müdaxilədə ittiham olunurlar. Ən dəhşətlisi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzinin müdiri Tərlan Xəlilov Göylər kəndindəki 20,
21 və 22 saylı məntəqələrdə üzərinə “Əmək Müfəttişliyi” sözləri
yazılmış 56-AA-092 dövlət nömrə nişanlı xidməti avtomobili ilə sayılıb
protokollaşdırılmamış bülletenləri polislərin müşaiyəti ilə 85 saylı
DSK-ya qaçırmışdır.
Şamaxı rayon 85 saylı Seçki Dairəsinin Göylər
kənd bələdiyyəsinə üzvlüyə namizədliyini irəli sürmüş Salahov Toğrul
Saleh oğlu dünən redaksiyamıza Baş Prokuror Zakir Qaralova ünvanlı müraciətini göndərib. Müraciətdə deyilir:
-Çox Hörmətli Baş prokuror Zakir Qaralova!
Hörmətli Zakir müəllim!
Bildirirəm
ki, mən Azərbaycan Respublikasının idman ustasıyam, Yeni Azərbaycan
Partiyasının üzvüyəm. Göylər kənd bələdiyyəsinə namizədliyimi irəli
sürən gündən Şamaxı rayonunun rəsmi şəxsləri, bu sırada rəhbərliyi
tərəfindən, xüsusən də RİH başçısının müavini Qasım Qasımov, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzinin direktoru Tərlan Xəlilov, rayon Polis şöbəsinin
rəisi Habil Əmiraslanov, 85 saylı Şamaxı DSK-nın 20 saylı məntəqəsinin
sədri Əliyusif Qəniyev, Göylər kəndinin icra nümayəndəsi İxtiyar Xalilov
və digər vəzifəli şəxslər tərəfindən mənə qarşı təzyiqlər başlamışdı.
Mənə deyirdilər ki, namizədliyini geri götür və s. Hətta seçkidən bir
neçə gün əvvəl İxtiyar Xəlilov kənddə açıq şəkildə deyirdi ki, xalq səs
versə də, verməsə də, bizim öz adamlarımız 11 nəfər seçiləcək! Və o,
bununla da seçkiyə əvvəlcədən pozuculuq xətti yürüdür, namizədləri
seçkidən kənarlaşmağa təhrik edirdi.
23 dekabr bələdiyyə seçkiləri
günü isə bizə görünməmiş təzyiqlər olundu, DSK-nın 20, 21 və 22-ci
məntəqələrinin sədrləri 6 namizədi gözümçıxdıya salmağa başladı,
məntəqələrə nəzarət və müşahidə aparmaq hüququmuzu kobud surətdə
pozdular.
Xatırladıram ki, 21 saylı məntəqənin bülletenləri sayılıb
protokollaşdırılmamış kəndin icra nümayəndəsi İxtiyar Xəlilovun qardaşı,
Şamaxı rayon əhalinin sosial müdafiə mərkəzinin direktoru Tərlan
Xəlilovun 56-AA-092 nömrəli, üzərinə “Əmək müfəttişliyi” yazılan maşında
daşınıb qaçırıldı. Bu seçki qanun pozuntusunda birbaşa 85 saylı
dairənin sədri Hüseyn Rəcəbovun iştirakı danılmazdır. Çünki Hüseyn
Rəcəbov Tərlan Xəlilovla el arasında kirvə kimi tanınır.
Seçki günü
baş verən qanunsuzluqla bağlı 85 saylı dairənin qarşısında bizi xeyli
polis dəstəsi içəri buraxmadı və polis rəisi Habil Əmiraslanov buraya
gələrək şəxsən mənə xahiş edərək bildirdi ki, xoşluqla çıxıb kəndə
gedim… Mən polis rəisinə bizim haqlarımızın pozulmasını bildirdim. O
da zarafata salıb mənə bildirdi ki, sən neynirsən Göylər kəndinin
bələdiyyəsin, sən gələn dəfə ol Pirqulunun bələdiyyə sədri.
Çox hörmətli Zakir müəllim!
Azərbaycan
CM-nin 159, 160 və 161-ci maddələri seçki qanunvericiliyinin
pozulmasının sanksiyasını müəyyən edir. Yuxarıda qeyd olunan vəzifəli
şəxslərin seçki qanunvericiliyini kobud surətdə pozmasını nəzərə alaraq,
onların barəsində Azərbaycan CM-nin 159, 160 və 161-ci maddələri ilə
cinayət işi başlanılmasına göstəriş verməyinizi xahiş edirəm.  (tezadlar.az)
(“Maddə 159. Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma
159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma-
yüz
manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd
yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
159.2. Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma –
iki
yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan
dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.3. Vətəndaşı öz
iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə maneolma
-üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya dörd yüz
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər;
159.4.1. ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə;
159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –
beş
yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan
məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan
məhrumetmə ilə cəzalandırılır.
Maddə 159-1. Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma
159-1.1.
Namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki
(referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma –
iki yüz
manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd
yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma –
beş
yüz manatdan min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd
yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
159-1.3. Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma –
beş
yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 160. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə
160.1.
Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir
göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə
yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə –
yüz manatdan beş
yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
160.2. Eyni hərəkətlər:
160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə;
160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
160.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə-
beş
yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə
161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə
səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma
161.1.
Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak)
sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi,
bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin
düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması –
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.
161.2.
Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta
sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir
şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülletenlərinin
qoyulması üçün zərfin açılması –
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır).

Short URL: http://www.cumhuriyyet.net/?p=15440

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728