Ruslar erməni ləyaqətinə tüpürdü
“Rusiya dövləti və rus
xalqı olmasaydı, bu gün Ermənistan mövcud olmazdı”
“Dinc aksiyalar keçirib cinayətkarın cəzalandırılmasını tələb
eləmək təbiidir. Ancaq vandalizm törətmək, Rusiya bayrağını ayaq altına
atmaq, Gümrüdəki rus hərbi bazasına qarşı güc işlətmək – bunlar hamısı
bizdə məyusluq doğurur. Bizcə, bu qara nankorluqdur”. Vesti-az-ın verdiyi məlumata görə, bunu rusiyalı tanınmış
politoloq, Moskvadakı Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey
Markov Ermənistanda son günlər özünü göstərən anti-Rusiya ovqatını şərh
edərkən dey
“Rusiya son 10 ildə Ermənistana
çox kömək edib. Hətta son 10 ildə yox, 100 ildə. Rusiya dövləti və rus
xalqı olmasaydı, bu gün Ermənistan mövcud olmazdı. Rusiyanın köməyi və
minlərlə rus əsgərinin həyatı hesabına Ermənistan dövlət olaraq
mövcuddur. Ona görə də nifrətlə yoğrulan sərt vandalizm, Rusiya əleyhinə
çağırışlar bizi məyus edir. Biz gözləyirik ki, erməni dövləti və xalqı
öz sözünü desin, xuliqanları cəzalandırsın”, – deyə politoloq
vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15445