ABŞ-ı idarə edən gizli qüvvə
“Qəzet biznesində məzəli bir deyim var,” Jonah Goldberg
yazır. “Wall Street Journal-ı ölkəni idarə edənlər oxuyur. Washington
Post-u ölkəni idarə etdiyini düşünən adamlar oxuyur. The New York
Times-ı o adamlar oxuyur ki, onlara elə gəlir ölkəni onlar idarə
etməlidirlər. USA Today-i ölkəni idarə etməli olduqlarını düşünən, amma
The New York Times oxuya bilməyənlər oxuyur. Boston Globe qəzetini isə
vaxtikən valideynərinin ölkəni idarə etdikləri adamlar oxuyur.”
kimlər idarə edir? Bu sualın cavabı təkcə xaricilər üçün yox, elə bir
çox amerikalılar üçün də müəmmadır. Əlbəttə, ortada konkret rəsmi və
əsasən dürüst izahat var. ABŞ-da hakimiyyət üç qanaddan ibarət hökumətə
(Prezident, Konqres və Ali Məhkəmə) məxsusdur. Daha rəngarəng,
konspirasiya nəzəriyyələrinə meylli izahatlar da var ki, burada adətən
masonların yaxud müxtəlif milyarderlərin adları hallanır. Amma Jonah
Goldbergin qaldırdığı fəlsəfi sual məsələnin mahiyyətinə yönəlib: 316
milyon əhalisi olan dünyanın ən qüdrətli dövlətində söz sahibi kimdir?
idarə etmir, çünki Amerikanı hökumət idarə etmir, və prezident də az
qala heç hökuməti idarə etmir. Prezidentin öz işçilərinə əmr vermək
səlahiyyətləri məhduddur, çünki mülki xidmət qanunları və həmkarlar
ittifaqlarının müəyyən etdikləri qaydalar federal hökumətdə kimisə işdən
çıxarmağı son dərəcə çətin edir.”
ibarət federal hökumətin başlıca xüsusiyyəti bu qanadların
bir-birlərinin işlərinə əngəl törətməsi ilə səciyyələndirilir. “Bu
arada, bilirsiz ki, ABŞ-da nə qədər yerli hökumət var? Rəqəm
90,065-dir.” Bəli, Amerikada doxsan mindən çox hökumət var ki, onlar
amerikalıları yaşadıqları ştatlarda, şəhərlərdə, qraflıqlarda,
qəsəbələrdə, kəndlərdə idarə edirlər. “Gülməcədə deyildiyi kimi,
Amerikada çox adam istərdi ki, hökuməti idarə etsin. Amma bunu edə
bilmədiklərindən əsəb keçirirlər. Universitet professorlarından tutmuş
birja səhmdarlarınadək hər kəs maşının arxa oturacağında əyləşib olmayan
şoferə göstəriş verir.”
etməsi anlayışı qədimdir. Roma konsulu Lusius Kassius Cui bono? (Kim
faydalanır?) sualını verəndə artıq bu anlayış köhnə idi. Səbəb odur ki,
bəşər övladı təsadüflərin olduğuna inanmamağa kodlaşdırılıb. Dünya ona
görə belədir ki, kimlikləri bəlli olmayan gizli ixtiyar sahibləri onun
belə olmasını istəyirlər. Tarix boyu bu düşüncə özünü anti-Semit
(dünyanı yəhudilər idarə edir), marksist (dünyanı hakim sinfilər idarə
edir) kimi cərəyanlarda büruzə verib.”
psixologiyasının rolu daha böyükdür. “Bəzi adamlar heç kimin heç nəyi
idarə etməməsi anlayışından qorxurlar, çünki onlara öz problemlərininin
baiskarı qismində boynuna yıxmağa kimsə lazımdır. Başqaları isə insan
iradəsinə o qədər inanır ki, təsəvvür edə bilmir ki, ondan kənarda nəsə
baş verə bilər.”
sonunda Amerikanı idarə edən seçkili rəsmilər var, və onların verdikləri
qərarlar çox şeyi müəyyən edir. Amma qaldırılan sual demokratik
cəmiyyətdə kollektiv idarəçiliyin doğurduğu müəmmanı faş edir.
Diktaturalardan fərqli olaraq, demokratik cəmiyyətlərdə, çox sayda
adamların səlahiyyət sahibləri olduqları yerdə hakimiyyət naqillərini
bir-birindən ayırd etmək həqiqətən çətindir. İnsanların öz hökumətini
seçməsi, bu hökumətə onu idarə etmək səlahiyyəti verməsi, eyni zamanda
ona davamlı qaydada nəzarət etməsi mürəkkəb siyasi mexanizm və yetkin
toplum tələb edir. Belə bir sistem özü ilə azadlıqla bərabər böyük
dozada qeyri-müəyyənlik, çox-hakimiyyətlilik gətirir. Cəmiyyətdə təkcə
qorxu və nifrət obyekti yox, sevgi və pərəstiş obyekti də parçalanır.
Seçim yaranır. Yəqin elə Amerikanın və ümumilikdə demokratiyanın
cazibəsi də elə bundadır.
Əsgər Möhsümoğlu-amerikanın səsi
Short URL: http://www.cumhuriyyet.net/?p=15448