İrəvanda sərt tələblər: “Putin rədd ol”, “Serjik get”
Ermənistanın Həmkərlar İttifaqının nümayişçiləri rus hərbi hissənin Gümrüdən çıxarılmasını tələb ediblər. Hafta.az-ın
1in.am- a istinadən verdiyi xəbərə görə, dünən səhər saatlarında
başlayan mitinq bu gün də davam edib. Dünən Gümrüdə keçirilən etiraz
aksiyalarına polis müdaxiləsindən sonra bu gün İrəvanda etirazların
davamı keçirilib. Etirazçılar bir ailənin qatili olan Permyakovu
Rusiyaya verməməyi və edam etməyi tələb ediblər.
Aksiyada “Putin rədd ol”, “Serjik get” şüarları səsləndirilib. On
mindən artıq kütləyə sahib olan aksiya iştirakçılarının Azadlıq meydanı
ilə Maşrop meydanı arasındakı əsas magistralı bağladıqları bildirilir.
Aksiyada Rusiya bayrağı ilə yanaşı Putinin kukla-maketinin də yandırıldığı bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15449