Dünya nüvə müharibəsi ilə üz-üzə

18.01.2015 - 17:59

Ekspertlər hesab edirlər ki, bu gün üçün əsas təhlükə dövlətlər
arasında iri silahlı münaqişə mümkülüyünün artmasıdır. Bunu Davosda
Dünya iqtisadi forumunun aparıcı iqtisadçısı Mararta Drzeniek Xanuz
bildirib. Onun sözlərinə görə, Berlin divarının dağılmasından 25
il sonra “dünya, dövlətlər arasında böyük münaqişə riski ilə yenidən
üz-üzədir”.

Qeyd edək ki, hətta dövlətlərin parçalanmasına səbəb ola biləcək
beynəlxalq münaqişələri, Davos forumunun ekspertləri, 2015-ci ildə
sabitliyə əsas təhlükə adlandırıblar. Onun fikrincə, millətçi meyllərin artması fonunda dünya dövlətlərinin yeni rəqabət erası başlayır. Eyni zamanda sorğuda iştirak edən 900 nəfər iş adamı, iqtisadçı, alim
və siyasətçilər qeyd ediblər ki , Krımda böhran, Hindistanda millətçi
liderlərin populyarlığının artması, Avropa İttifaqında yeni
partiyaların yaranması belə misallardandır. Onlar həmçinin bildiriblər
ki, beynəlxalq cinayətkarlıq və korrupsiya, iqtisadi və siyasi
sabitliyin pozulmasına, qloballaşmaya etibarın azalması isə beynəlxalq
ictimaiyyətin münaqişələrin həlli qabiliyyətini zəiflətməsinə səbəb
olub. Ukrayna və Rusiya arasında münaqişə, eləcə də Yaxın Şərqdə
gərginliyin artması da təhlükəni reallaşdırır. Yeri gəlmişkən,
hesabatın nəşrində son 10 il ərzində ilk dəfə olaraq respandentlər heç
bir iqtisadi riski təsir dərəcəsinə görə dünya sabitliyi üçün əsas kimi
görməyiblər. Onlar iqtisadi risklərdən yalnız işsizliyi və enerji
resurslarının qiymətlərinin dəyişkənliyini xatırladıblar.
“İnsanlar keçmişin səhvlərindən pis dərs götürürlər” , məruzədə
deyilir. Xatırladaq ki, bu yaxınlarda SSRİ-nin keçmiş prezidenti
Mixail Qorbaçov bir çox siyasətçi və alimlərin Üçüncü Dünya
Müharibəsinin yaxınlaşması haqda fikirlərini təsdiq edərək bildirib ki,
Avropa və Qərbin Rusiyaya görünməmiş hücumları səbəbindən dünya
istilik-nüvə müharibəsi ərəfəsindədir. O, bir daha bəyan edib
ki, Rusiyaya qarşı sanksiyaları ləğv etmək lazımdır və tələb edib ki,
“Qərb və Rusiya dialoq aparsın”. Rusiya, Avropa və ABŞ arasında nüvə
müharibəsinə gəlincə isə burada Qorbaçov tək deyil və onun ehtiyat
etməyinin əsası var. ABŞ rəhbərliyi artıq ordusunu müharibəyə, o
cümlədən Rusiya ilə müharibəyə hazır olmağa çağırıb.

Bundan başqa NATO Avropa İttifaqına nüvə bombardmançı təyyarələrini
yerləşdirib, polşalı pilotlara nüvə zərbələri endirmək öyrədir.  Anders
Foq Rasmussen isə bu arada deyib ki, “Rusiya NATO-dan ağıllı və cəld
döyüşür.” Onun sözləri ekspertlərin narahatlığını bir daha
təsdiqləyir. Ötən illərdə Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanı rəsmən “1 saylı
məqsədi” elan edib, respublikaçı senatorlar isə bildirirlər ki, “Rusiya
ərazisində quru əməliyyatlar barədə istənilən respublikaçı-prezident
gec-tez fərman imzalayacaq”, – bundan bir qədər əvvəl Politonline.ru
yazırdı. Bəlkə kimsə unudub ki, dünya şöhrətli alim Naum РҐРѕmski
həmçinin bildirmişdi ki, faciəli təsadüf ən pis ssenari ola bilər –
Rusiya və ABŞ arasında nüvə müharibəsi kimi. Unutmaq olmaz ki, bundan
əvvəl Pol Kreyq Roberts də bildirib ki, ” Vaşinqtonun Rusiyanı
üzləşməyə məcbur etdiyi strateji təhlükənin mümkün nəticəsi – nüvə
müharibəsi ola bilər”

Short URL: http://www.cumhuriyyet.net/?p=15452

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728