Dünyanı heyrətə salan sirli olaylar

18.01.2015 - 18:24

Dünyada ağılın çözə bilmədiyi, elmə qaranlıq qalan, insanları dəhşətə
salan bir çox fövqəltəbii hadisələr baş verir. Belə sirli hadisələrdən
bəzilərini “haberler.com” öz oxucuları üçün toplayıb. Onları təqdim
edirik.

1. Bu foto Amerika Kosmik Araşdırma Mərkəzinə (NASA) məxsusdur. Ən son
texnologiya ilə hazırlanan teleskoplarla kainatda bizim qalaktikadan
kənarda çəkilmiş son görüntüdür. NASA bu fotoya hər hansı izahat verə
bilməyib.

2. Rusyada bir neçə nəfər elm adamı yeraltı təbəqələrdə qırılmaların
səsini qeydə alamaq üçün 14.4 kilometr dərinliyində quyu qazıblar və ora
bu dinləmə cihazlarını yerləşdiriblər. Əvvəlcə çox zəif şəkildə insan
səsi eşidirlər. Lakin bunun mümkünsülyünü düşünən alimlər səsin dinləmə
cihazında yarandığı qənaətinə gəlirlər. Sonra quyuya daha yüksək
tezlikdəki səsləri qeydə ala biləcək başqa cihaz yerləşdirirlər. Bu dəfə
onları dəhşət və vahimə bürüyür – quyudan milyonlarla insanın
çığırtısını eşidirlər. Bundan sonra həmin alimlərin çoxu bu tədqiqatda
iştirakdan imtina edir.

3. Bizim eradan əvvələ aid kiçik Yapon heykəlləri. Yaxalarında bolt
şəkilli dəmir çıxıntılar olan bu heykəllər kosmonavt şlemi və kostyumuna
bənzəyən geyimdə təsvir olunublar. Heykəllərdən birinin çox böyük
ölçüdə – sanki günəş işığından qorunacaqmış kimi gözlüyü də var. Bu
heykəllərin sirri də açılmamış qalır.

4. Bu inanılmaz olay isə Amerikanın New Mexico ştatında baş verib.
Yadplanetli bir kadını qaçırarkən həvəskar kamera ilə çəkilib. Jeff
Norris rəfiqəsi Jenna Hawserlə birgə yaşayırmış. Bir gecə görür ki,
qeyri-adi məxluq onun rəfiqəsini qolları üzərinə alıb gedir.
Qeyri-ixtiyari gecə gürünüşlü kamerasını götürüb və yadplanetliyə
tuşlayıb. Kameranın düyməsi basılan kimi isə yadplanetli Jenna ilə
birlikdə yoxa çıxıb. Norris bundan sonra rəfiqəsindən heç bir xəbər ala
bilmədiyini deyib.

5. Sirli Balbek şəhəri. Livanın 20 metrdən də hündür sal daşlarla
tikilmiş bu antik şəhəri Roma İmperiyasından da qədimdir. Tarixi hatta
Şümerlərdən də əvvələ gedib çıxır. Şəkildə qırmızı halqaya alınan 2
nəfər daşların büyüklüyünü göstərmək üçün onların arasına girib. Buranı
kimlərin, necə, nə üçün və nə zaman tikdiyini hələ də heç kim bilmir.
Müasir elm də Balbeki araşdırmağa maraq göstərmir.

6. Kolumbiyanın Boqota şəhəri yaxınlığında bir qayda aşkarlanmış insan
əli izi. Qayanın 100-130 milyon il yaşı var. Yəni bu insan əli izinin də
o qədər qədimə gedib çıxdığı məluma olur.

7. 12-ci əsrin əvvəllərində Kastamonu Qalasının fəthi zamanı şəhid olan
Aşıklı Sultan üçün tikilən türbədəki çürüməmiş cəsəd görənləri heyrətə
salır

8. Peruda möcüzə divar. Antik dövrdə inşa edilən divardakı böyük ölçülü
daşların bura necə daşındığı, necə ölçülüb kəsildiyi, bir-birinə belə
dəqiqliklə necə bərkidildiyi sirr olaraq qalır.

9. 1900-cü illərin əvvəlində Avstraliyanın Sidney şəhərinin 100 km.
şimalındakı Hunter Valley milli parkında təxminən 250 heroqlif tapılır.
Bunlar antik Misir herqorifləridir. Qədim Misir Allahı Anibusun təsviri
olduğu şübhə təsvirlə birlikdə tapılan heroqliflər bu cavabsız sualı
doğurur: Əcəba, qədim misirlilər Avstraliyayamı gediblər?

10. Bu qızıl maket Amerikada Kolumbdan əvvəlki dövrə aid bir məzarda
tapılıb. Təxminən 1800 il yaşı var. Görünüşə görə təyyarə maketini
xatırladır (Delta qanadlı, motor yerinə sahib, pilot kabinəsi var, hətta
quyruq qanadları da doğru təsvir edilib). Cənubi Amerikada buna bənzər
bir çok tapıntı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=15453

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728