Erməni ailəsini qıran rus əsgəri həbsxanada kef içində

18.01.2015 - 23:14

Bir erməni ailəsinin 6 üzvünü qətlə yetirən Valeri Permyakovun azadlıqda olması barədə şübhələr yaranıb. Belə ki, aar.az xəbər verir ki, onun sosial şəbəkədəki profilinin aktiv olması və vaxtaşırı istifadə edilməsi bu ehtimallara yol açıb.
Aparılan qısa araşdırma zamanı da məlum oldu ki, Permyakovun “VKontakte” şəbəkəsindəki səhifəsi dünən aktivləşib. Səhifənin müstəntiqlər tərəfindən araşdırılması variantına şübhə ilə yanaşılır. Çünki gecə vaxtı istintaqın aparılması inandırıcı görünmür. Permyakovun azadlıqda olması da risqli addım olardı. Belə çıxır ki, Rusiya öz əsgərini simvolik olaraq həbsdə saxlayır. “Məhbus” qatilə içəridə lyuks şərait yaradılıb.
Xatırladaq ki, Gümrüdə 102 saylı Rusiya hərbi bazasının əsgəri olan Permyakov yanvarın 12-də səhər saatlarında bir erməni ailənin 6 üzvünü qətlə yetirib. Cinayəti törətdikdən sonra qaçmağa müvəffəq olan Permyakov bir gün sonra Türkiyə ilə sərhəddə yaxalanıb.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=15457

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930