Gəncə Diaqnostika Mərkəzində rüşvət rüzgarı

diaqnostika mərkəzində üzləşdiyi “səxavət”lə ilə bağlı saytımıza
aşağıdakı məzmunda şikayət məktubu göndərib. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq.
ilin 25 noyabrında xəstəliyimlə əlaqədər özümü müayinə etdirmək üçün
Gəncə Diaqnostika Mərkəzinin həkimi İsmayılov Hilala müraciət etdim.
Hilal həkim müayinə üçün mənə şlank uddurdu və bildirdi ki 25 manat pul
şlank üçün ödəməlisən 8 manat isə resept üçün. Mən həmin 33 manat pulu
verdim. Mən həkimin köməkçisinə bildirdim ki bura dövlət müəssisəsidir,
mən isə məcburi köçkünəm, qanunda yazılıb ki, mən pul ödəməliyəm?
Bildirdilər ki, diaqnostika mərkəzi təsərrüfat hesablıdır və
özləri-özlərini maliyələşdirirlər, dövlətlə heç bir əlaqələri yoxdur.
sonra həkim məni “UZİ” deyilən aparata göndərdi ora isə 32 manat
verdim, əlavə qan və böyrək analizinə isə əlavə olaraq 20 manat pulumu
aldılar. Onlar da mənə eyni cavab verdilər ki, bizim dövlətə heç bir
aidiyyatımız yoxdur, məcburi köçkün olsan da pulunu verməlisən.
redaksiya! Onu da deyim ki, bu xəstəxanadan çıxandan sonra səni olmayan
xəstəlik tapar.Yəni burada otaqlar o qədər soyuqdur ki, müayinə üçün
gəldiyinə peşman olursan və sətəlcəm olmaq təhlükəsiylə üz-üzə
qalırsan.
başçısına və səhiyyə nazirinə çatdırasınız. Bəlkə bundan sonra Gəncə
şəhər Diaqnostika Mərkəzinin kimə və hara xidmət etdiyini bilək.(moderator.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=15461