Türkiyə MİT-i Əl-Qaidə ilə iş birliyində – ŞOK İTTİHAM
Hollandiyada müxalifətdə olan Xristian Demokrat Partiyası (CDA),
əllərində Milli İstihparat Təşkilatının (MİT) tırlarla Türkiyədən
Suriyadakı Əl-Qaidə döyüşçülərinə silah göndərməsi ilə bağlı sənədlərin
olduğunu iddia edib. CDA, bu sənədləri Holland hökümətinə çatdırdığını
da bildirib. CDA Millət vəkili Raymond Knops, hökuməti Türkiyə
mövzusunda “dəvəquşu siyasəti” yürütməkdə ittiam edib. Hollandiyalı
parlamentari Pieter Omtzigt, Noyabr ayında əldə etdikləri gizli sənədi
Təhlükəsizlik və Ədalət naziri İvo Opsteltenlə Milli Təhlükəsizlik və
Terrorla Mübarizə Koordinatoru (NCTV) Dick Schoofa təqdim etdikilərini
bildirib. “BBC” Türkün əldə etdiyi məlumata görə, həmin sənədlər
arasında Respublika Prokrorluğuna, MİT və jandarmaya aid qeydlər var.
Sənədin prokurorluğa aid hissəsində, keçmiş Adana valisi Hüseyn Avni
Coşun, silah və sursatı baş nazirin təlimatı ilə MİT-ə aid tırlarla
Suriyaya göndərdiyini deməsi də öz əksini tapır.
Hollandiya parlamentinin Xarici Siyasət
Komissiyasının üzvü Raymond Knops da, məsələyə münasibət bildirib.
Knops, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən yaradılan Analitik Dəstək
Komitəsinin İŞİD və Əl-Nusra Cəbhəsi döyüşçülərinin əllərindəki silah
və sursatın böyük hissəsinin Türkiyə üzərindən gizlicə göndərildiyi
haqda hazırlanan hesabatda əks olunanlara diqqət çəkib. Knops, bu
məlumatın, BMT səlahiyyətlilərinin İraqdakı missiyası UNAME tərəfindən
də təsdiqləndiyini dilə gətirib. Knops, Türkiyə üzərindən Suriyaya gizli
yollarla silah göndərildiyi halda, IŞİD-ə qaşı mübarizəni “krant
açıqkən döşəmənin silinməsi” nə bənzədib.(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=15463