Hazır olun: 20 dərəcə şaxta olacaq

19.01.2015 - 00:40

Yanvarın 19-da Bakıda və
Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir
tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lent.az-ın
məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən trend-ə bildirilib ki, cənub-şərq
küləyi, əsasən arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2В°
şaxtadan 1В°-dək isti, gündüz 5-8В° isti, Bakida gecə 0-2В° şaxta, gündüz
5-7В° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi
normadan yüksək 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 85-95 faiz, gündüz 55-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi 5-10 m/s çatacaq.
Havanın
temperaturu gecə 3В° şaxtadan 2В°-dək isti, gündüz 6-11В° isti, dağlarda
gecə 5-10В° şaxta, yüksək dağlıq ərazilərdə 15-20В° şaxta, gündüz 1В°
şaxtadan 4В°-dək isti olacağı gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15464

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728