Erməni qənimi olan rus əsgərindən şok etiraf: qisas aldım

19.01.2015 - 00:54

 

Ermənistanın Gümrü şəhərindəki 102-ci Rusiya hərbi bazasının
hərbi qulluqçusu Valeri Permyakovun Avetisyan ailəsinin 6 üzvünü
güllələyib öldürməsinin motivi bəlli olub. Virtualaz.org saytı xəbər verir ki, Rusiya İstintaq
Komitəsinin Baş Hərbi İstintaq İdarəsindən bildiriblər ki, bu kütləvi
qətliamın motivi Vladimir İonesyan adlı seriya qatilin törətdiyi
cinayətlərə görə qisas almaq istəyi ilə bağlı olub.

V.İonesyan 3 uşağı (11 yaşlı moskvalı Aleksandr Liseovetsi, 12 yaşlı
moskvalı Konstantin Sobolevi və İvanovo şəhər sakini Mixail Kuleşovu), 2
qadını (İvanovo sakini olan 74 yaşlı qadını və 46 yaşlı Mariya
Yermakovanı) öldürüb. Erməni residivist İvanovo şəhərinin 15 yaşlı
sakini Qalina Petropavlovskayanı zorlayandan sonra onu da öldürməyə cəhd
etmişdi.

Son istintaq zamanı V.Permyakov bildirib ki, V.İonesyanın öldürdüyü
İvanovo sakini Mixail Kuleşov onun yaxın qohumudur. Rus əsgərin
sözlərinə görə, qohumu Mişa Kuleşovun öldürülməsi bir vaxtlar ona çox
ağır təsir etmiş, bu qətldən sarsılmışdı.

Onu da yada salaq ki, V.İonesyan bütün qanlı cinayətlərini balta ilə törətmişdi.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15466

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930