İrəvan bankını yaran Bakıda tutuldu

19.01.2015 - 02:22

 

Bakıda yanvarın 16-da gecə saatlarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin keçirdiyi reyddə 3 il əvvəl DYP əməkdaşını avtomobillə vurub öldürmüş şəxsin atası saxlanılıb. Cumhuriyyet.az avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə report-a hüquq-mühafizə orqanlarından bildirilib. İsmayıl Həsənov avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Bakının Nobel prospektində saxlanılıb. Araşdırma nəticəsində onun oğlu – 1990-cı il təvəllüdlü Hüseyn İsmayılovun Yol Patrul Xidmətinin (YPX) əməkdaşı Mehman Kərimovu 2012-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində – Aeroport şosesində vurub oldürdüyü məlum olub.

İ.Hüseynov polisə tabe olmayıb. O, saxlanıldıqdan sonra 37-ci polis bölməsinə, avtomobili isə cərimə meydançasına aparılıb. Saxlanılan şəxs barəsində inzibati protokol tərtib edilib.

Avtosfer.az-ın məlumatına görə, İsmayıl Həsənov ötən il dekabrın 5-də keçirilən reyd zamanı da saxlanılıb. Sərxoş vəziyyətdə olan İ.Həsənov bu dəfə sürücü yox, sərnişin kimi bölməyə aparılıb. Belə ki, onun olduğu maşının sürücüsü sərxoş vəziyyətdə aşkar edilib. Bu zaman sürücü sakit dayansa da, İsmayıl Həsənov hay-küy salmağa başlayıb və yol polislərinə hücum çəkib. Yol polisini öldürdüyü üçün oğlunu az qala В«qəhrəmanВ» kimi təqdim edən bu şəxs elə özünü də В«qəhrəmanВ» sayır. Ömrünün 30 ilə yaxınını həbsxanada keçirdiyini deyən İsmayıl Həsənov yenidən həbs olunmağa hazır olduğunu da bildirib. O, deyib ki, ilk dəfə hələ Sovet hakimiyyəti illərində həbs olunub. O vaxt Ermənistanda İrəvan Bankını yardığını deyən İsmayıl Həsənov bankadan 150 min rubl apardığını bildirib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Həsənovun oğlu Hüseyn İsmayılova 14 il 6 ay həbs cəzası verilib

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15471

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728