Türkiyədə gərgin gecə
Türkiyənin Hakkari vilayətində separatrçı kürdlərlə polis arasında qarşıdurma baş verib. ANS PRESS-in məlumatına görə, Şırnak vilayətinin Cizre rayonunda etiraz
aksiyaları zamanı baş vermiş ölüm hadisələrinə etiraz edən bir qrup
Hakkarinin Pehlivan məhəlləsində barrikada quraraq avtomobil yolunu
bağlayıb.
Yoldan keçən maşınları qeyri-qanuni saxlayaraq sənədlərini yoxlayan qrup
avtomobillərdən birinə “molotof kokteyli” atıb. “Molotof”un dəydiyi
avtomobil isə sürətlə hadisə yerindən uzaqlaşıb. Qrup daha sonra müdaxilə etmək üçün hadisə yerinə gələn polis
avtomobillərinə də “moltof kokteyli” və fişənglərlə hücum edib. Polis
maşınlarından biri yanmağa başlasa da, TOMA-nın təzyiqli suyu ilə yanğın
söndürülüb.
Polis daha sonra təzyiqli su və gözyaşardıcı qazlarla aksiyaçıları dağıdıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15473